Saytdan pul qazanmaq

Salam

<a href="http://hesabla.ws/">Bu sayt</a>la necə pul qazanmaq olar?Rekalmdan başqa gəliri ola bilər?

Kömək edən hər kəsə əvvəlcədən təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Azear (2013-05-15 11:04:45)
Saytdan bir reklamla pul qazanmaq olur, birdə aleverlə.O saytdan isə hələlik pul qazanmaq şətin məsələdi.

E. Hacı (2013-05-14 17:35:22)
Bu tip saytlar pul qazanmaq üçün yox, brendi tanıtmaq üçün, dolayı qazanmaq üçün yarayır. Yəni bu tip bir neçə faydalı və müsbət imicli saytınız olanda sizin veb komanda,studiya ya şirkətinizin imicinə müsbət təsir edir və digər pullu layihələrdə daha çox qazanmanıza təkan verir

Cabbarov Sübhan (2013-05-14 11:07:46)
Bu saytın tipinə uyğun pul qazanmaq çox çətin bir şeydi. Çünki bu sayta olan hər bir şey internet üzərində var, ən əsas da elə Google bu xidmətləri pulsuz təklif edir. Qeyri adi bir şey fikirləşsəniz yaxşı olar.

marmeladze (2013-05-14 01:09:52)
saytdan, eləcə də başqa bir yerdən pul qazanmaq üçün, nəsə unikal bir şey təklif eləməlisən. bu fiziki məhsul ola bilər, informasiya yaxud informasiyanın hesablanmasına aid nəsə bir sistem ola bilər. bundan əlavə, sonuncuların tipi elə olmalıdır ki, həmin şey sadəcə səndə olsun, yaxud başqa platformlarda da onun ekvivalentləri pulla satılsın. hazırki halı ilə, sayt yalnız bəsit məişət hesablarını təklif edir ki, bu analoqsuz deyil. yəni bu məlumatlar üçün ödəniş edəcək internet istifadəçilərinin sayı yəqin ki, çox az olar -)) pul qazandırar demirəm amma nisbətən populyarlıq qazanması üçün saytın smartfonlar üçün tətbiqini yarada bilərsən. əmin deyiləm, lakin ola bilsin ki, kiçik (məs: 5 qəpik) qarşılığında bu hesablamalar üçün ödəniş edəcək smartfon istifadəçiləri tapılar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ən çox qazanc hansı tip saytlardadır?

pul qazanamaq