Google adsense deyir, unsupported language (TƏCİLİ)

Salamlar. Təcili köməyinizə ehtiyacım var.

Deməli, google adsensdə qeydiyyatdan keçmişəm. Uzun müddət yoxlamadılar müraciətimi (hardasa 1 ay). Bu arada kodu qoymuşdum saytıma, boş görsənirdi. Sonra gördüm cavab gəlmir, kodu götürüb qoydum dostumun saytına, hansı ki, gündəlik 10 000 nəfərə kimi ziyarətçisi var. Səhərisi cavab gəldi ki, sorğunuzu yenidən göndərin. Yenidən göndərdim, kodu dostumun saytından çıxartdım ki, yoxlayarlar saxtakarlıq olmasın. Bu dəfə cavab gəldi ki, sorğunuz qəbul olunmadı, səbəb unsupported language. Amma, zayavkanı göndərəndə dil kimi türk dili seçmişdim.

İndi mən nə etməliyəm?

Dil kimi hansı dil göstərməliyəm? Azərbaycan dili dəstəklənmirsə, bu qədər azərbaycan dilli kontentə malik saytlarda adsense reklamı necə yayımlanır? Sonradan yoxlamırlar ki kontenti (əgər xarici dildəki bir saytla qeydiyyatdan keçilibsə belə).

İkinci sualım: olarmı ki, sayt olaraq müraciətdə dostumun saytını göstərim, sonra kodu öz saytımda yerləşdirim? Bu necə olacaq?

Xahiş edirəm, bilənlər kömək etsinlər.

Əvvəlcədən təşəkkürlər!


Yadda saxlama
Kateqoriya: Sual . . Qısa keçid.

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

(00:18, 16/05/2013 ) #29952

1. Sorğuda göndərdiyinz saytın dili MÜTLƏQ dəstəklənən dil olmalıdır. Əks ehtimal mümkün deyil.
2. Göndərdiyiniz sayt doğru dəstəklənən dildə olsun. Təsdiqdən sonra isə istənilən sayda başqa sayta qoya bilərsiz həmin kodları, hər birinin pulu sizə hesbalanacaq təbii ki. Azərbaycan dilli saytlara da qoya bilərsiniz, düzdür Google buna icazə vermir, amma blok da etmir, yəni belə deyək, buna göz yumur.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(02:59, 16/05/2013 ) #29954

Turk ili rus dilinde bir bloq ac 20 -25 gun hergun gunde 3-5 arasi meqale yaz sayta a 25 gunden sora google adsense gonder saytivi

eger blog istifade eliyrisense yeni googlenin bloggerini onda youtubeden adsense al maksimum 5 saat cekecek qebul elemekleri ondan sora rahat blogunda dasense reklami yerlesdir

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(11:11, 16/05/2013 ) #29956

Cavablara görə təşəkkür edirəm. Məndə blog deyil, elanlar saytıdır (doska obyavlenie). Bunun bir az daha asan yolu yoxdur? Yəni, gündə 3-5 məqalə yerləşdirmək bloqda müəyyən vaxt aparır, nəzərə alsaq ki, bu məqalələr unikal olmalıdır, copy-paste olmamalıdır ki, google onu nəzərə alsın.

Sual: Bəs zayavkanı göndərərkən orda deyir ki, saytını göstər (kodu yerləşdirəcəyin). Bəs orda necə, bloq göstərilməlidir yoxsa saytın özü? Bəs belə bir üsul necə: dostumun gündəlik ziyarətçi sayı çox olan saytında yerləşdirsəm kodu necə? Amma onun da adsense hesabı var və google reklamları yayımlanır saytında.

Köməklik göstərən hər bir kəsə əvvəlcədən təşəkkürlər!

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(13:02, 16/05/2013 ) #29960

Yadımdan çıxmışdı: Saytın scripti türkiyəli proqramistlər tərəfindən yazılıb və proqram dili türk dilindədir (linklər və s.). Bu formada adense-ə təqdim olmaz ki, saytın dili türk dilidir?

Qeyd edim ki, kontent azərbaycan dilinə tərcümə olunub.

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (15:54, 16/05/2013 ) #29963

    Salam. Axı cavabda bütün suallarınıza cavab verilib, lütfən diqqətlə oxuyun. İstənilən dəstəklənən dilli saytı qəbul etdirin, sonra başqa saytlara kodu qoyun.
    Skript dilinin buna aidiyyatı yoxdur, əsas MƏZMUN dilidir.
    Asan yolu yoxdur deyəndə ki, Google da çalışır ki, düzgün saytları qəbul etsin, ona görə də düzgün olmayan saytlar üçün maneə yaradır. Ona görə də asan mümkünsüz. Ən asanı youtube və ya blogger açmaqdır. Sonra ordakı kodu başqa sayta qoymaq olar yuxarıda deyildiyi kimi

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(16:10, 16/05/2013 ) #29964

Təşəkkürlər, Hacı. Sadəcə dəqiqləşdirmək istəyirəm bütün detalları.

Sonuncu sual: Zayavka göndərərkən dil seçimi və kodun qoyulacağı saytın adının daxil edilməsi. Bu zaman necə, kodu müvəqqəti qoyacağım bloqun əlamətlərini göstərim? (misal üçün: dil rus dili, saytın adı: ………..blogspot.com)

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (18:15, 16/05/2013 ) #29969

    Təbii ki.

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(23:04, 16/05/2013 ) #29977

iki dene bawqa adsense hesabinda 1 saytda nece reklam qoymaq olur ki ? bu mumkunsuzdu mence mumkun olsada uzagi 1 aya her iki adsense hesabi ban gedecek. O boyda Internet nehengini maksimum 1 ay aldadrsan + artiq adsense yeni sertlerinde tam olaraq mehkemeye vermesini qebul eliyirsen

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

    (16:46, 17/05/2013 ) #29995

    Bəs nə təklif edirsiniz?

    Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

(21:24, 17/05/2013 ) #30002

Teklifleri elemisik artiq yuxardaki cavablara diqqet yetirin

Cavablamaq üçün sağ sütundan hesaba daxil olmaq lazımdır

Bu suala aid öz sualım var:
Sual verin
Bu suala cavab vermək istəyirəm:
Cavab verin

Cavab verin


Cavab yazmaq üçün lütfən sağ sütundan və ya buradan hesaba daxil olun.

Üzvlər üçün giriş

Qeydiyyat

Elan qutusu

Son cavablar və şərhlər

Cənab cavab verdi - Azərbaycandakı supermarket kassalarında işlədilən proqram (9 saat əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (1 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (2 gün əvvəl)

Cənab cavab verdi - kurs diplomu ilə işləyə bilərəm? (3 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (5 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (6 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

E. Hacı cavab verdi - Proqramlaşdırma - fəlsəfə (7 gün əvvəl)

kapiltp cavab verdi - Proqramlaşdırma - fəlsəfə (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Atestat almaq üçün ne etmeliyem? (9 gün əvvəl)

Aysu2009 cavab verdi - Azərbaycan əsgər mahnısının sözlərini ingilis dilinə tərcümə etmək (9 gün əvvəl)

Software Developer cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (14 gün əvvəl)

Erol34 cavab verdi - Xamaya başqa nə deyirlər? 6 hərflidir (15 gün əvvəl)

Software Developer - 615 xal

E. Hacı - 608 xal

Onar Alili - 526 xal

Dilsuz - 448 xal

Cabbarov Sübhan - 434 xal

Maqa - 346 xal

Ruslan Butdayev - 328 xal

Namiq Bəndəli - 297 xal

U.Tarlan - 244 xal

Meherremoff - 234 xal

Sistemə daxil olmuş 23295 sualdan 92%-dən çoxu cavablandırılmışdır.

Proyekt haqqında

E-Haci.net istehsalı. © 2010-2024