kompüterim birdən birə sönür.

Salam.Məndə noutbukdu,windows xp-li.Bəzən kompüterim birdən-birə sönür.Bəzən də ekran qaralır,ağarır,göyərir.Yalnız söndürüb yandırandan sonra düzəlir.Bəzən də kompüter açılanda yalnız qara ekran gəlir.Kömək edin.Format lazımdırmı,yoxsa onsuz da keçinmək olar?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

Rasul Nabiyev (2013-06-11 15:18:51)
Yəqin əsl format deyəndə lisenziyalı windows nəzərdə tutulur.Komputer ustaları bu problemin həllini çox yaxşı bilirlər.Xüsusi proqram var ki,onunla crack(saxta) windows-u lisenziyalı etmək olur.Daha nəyə lazım 270 manata original disk almaq?!!

Huseyn22222 (2013-06-02 01:52:52)
Məncə lsass.exe və ya winlogon fayllarında problem var. Kompyuteri Təhlükəsiz rejimdə aç həmin faylları kopyala və system32 papkasına yerləşdir. Təhlükəsiz rejim üçün komp açılanda 5-6 dəfə F8 düyməsinə bas açılan qara fonlu ekranda Safe Mode 1-ci rejimi seç 50% işləyəcək

Kenan (2013-06-01 12:14:01)
bu mənim Fikrimcə ya videokart və ya ramdan ola bilər məndədə belə olub hər dəfəsində ramımda problem olduqunu bilirdim amma sən demə problem videokartda idi ondan daha snra ramim yandı bu mənim fikrimdi

Rasul Nabiyev (2013-05-19 20:10:38)
1)sadəcə göy ekran;ağ,boz da olur. 2)yox,yuxarı solda _ olmur._ bu olandan sonra windovs yüklənir.qara ekran sonra gəlir. 3)sönüb-yanır

Ruslan Butdayev (2013-05-19 01:49:42)
Suallari cavablandirin deqiqlikle .. 1) Goy Ekran ag yazilar olur? 2) Komputeri yandiranda qara ekran ve yuxari solda _ bele bir ishare yanib sonur? 3) Sonub yanir yeniden ya sonur sadece?

Nicat (2013-05-18 22:23:02)
qaqaş düz deyir formata qaçmaq olmaz çünkü əsl format 270 AZN-dir!!!!!!!!

Rasul Nabiyev (2013-05-18 11:01:04)
Düşünmürəm ki,çox qızmaqdan olur.Əksinə,oyun oynayanda bu hallar daha az baş verir.Ms.VVord-da yazı yazanda da olur,gözləmə recimində olanda da.

Azear (2013-05-18 01:07:21)
Çox vaxt notbuklarda sönmənin səbəbi həddən artıq isinmə olur.Sizin notebookda isinmə çoxdu? Başqa səbəb isə Ekran kartının və ya digər parçaların köhnəlməsi ola bilər.

VendeTTA (2013-05-17 23:35:25)
LepactDeloup, hər problemi fortmatla həll etmirlər. Dərhal formata qaçmaq bu sahədə təcrübəsizlik əlamətidir. Əgər nəyəsə tam əmin deyilsizsə yazıb bir az da çaşdırmaq lazım deyil sual verəni.

VendeTTA (2013-05-17 23:31:08)
Bəzən yəni nə vaxt ? Hansı hallarda baş verir ? Məsələn, davamlı oyun oynadıqdan sonra olur ? Burda bir çox ehtimallar var. Ola bilsin videokart qızır. Format eləmək lazım deyil. Windows-dan olsaydı bu problem davamlı olardı, bəzən yox.

LepactDeloup (2013-05-17 21:21:44)
Format Lazimdi

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

3 ƏS 1 HDD-də

I386 faylında dəyişiklik

Windows XP-nin silinməsi

Windows xp sp3-də explorer.exe problemi

BLueStacks App

Ubuntu ilə windows xp-ni bir yerdə işlətmək olar?