Kütləvi email göndərmək

salam

mən bir sms i coxlu adama göndərmək istəyirəm məsələn 100.000 nəfərə

bunu necə edim?? ..mail.ruda olar??

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2013-05-20 10:06:12)
Salam. Mail servislərdə bu imkan yoxdur, çünki gündəlik göndərmə sayında limit var, eləsində 100, eləsində 200 və.s. Bulk mailləri ayrıca serverdə ayrıca proqramla edirlər, adi mail hesabları ilə yox. Amma nəzərə alın ki, bulk mail yalnız saytınızın könüllü abunələrinə göndərilə bilər, hardansa 100 min mail tapıb onlara spam göndərmək qanunsuzdur və gələcəkdə buna görə baş ağrısı da yarana bilər. Çünki bu istiqamətdə qanun qəbul edilmək üzrədir. Xaricdə də bu qanunla qadağandır, göndərənlər min hoqqadan çıxaraq, qanunun işlədəmədiyi ölkələrdə yaşayaraq bu işi gizli edirlər, yəni açıq aşkar heç kim etmir inkişaf etmiş ölkələrdə

Ruslan Butdayev (2013-05-20 02:00:17)
Yeni spam gondermek isteyirsiz.. bu eslinde qadagandir ama bu xidmeti teklif eden firmalar var.. google da axtarsaniz taparsiz.. Gonder setrine istediyiniz qeder mail unvani yaza bilersiz..