XML realtime update

Salam. Deməli google maps üzərində kordinotlara görə nöqtələrim və xətlərim var. Bu nöqtələrin üzərinə klik elədikcə orada müəyyən informasiya cıxır. Bu informasiya ora yazılır; İnformasiya DB (MySQL) də yerləşir. Bu informasiyanı mənə lazım olan formada xml şəklinə salıb Ajax və JavaScript vasitəsi ilə lazımı yerdə göstərirəm. İstifadəçi lazım gəldikdə orda bəzi informasiyani dəyişə bilir. bura qədər hər şey əladı! Problem buradadır ki istifadəşçi dəyişiklik elədiyi informasiyaya baxmaq üçün mütləq gərək səhifəni yenidən yükləsin.. Mən necə edə bilərəm ki informasiya dəyişən kimi belə deyək XML yenidən yüklənsin ya necəsə həmin informasiya update olunsun. Səhifınin reload olunmasına ehtiyac qalmsın. Bağışlayın sual biraz uzun oldu..

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ruslan Butdayev (2013-05-21 10:42:27)
Yox komek mene bu qeder bes edir. mentiqi tutmusham istediyimin 50% i var.. Bir defe cagirilmish XML datani sehifeni yenilemeden ikinci defe bu usulla cagirmaq olar ya yox ?

VendeTTA (2013-05-20 18:04:17)
Təəssüf ki, belə koda baxıb kor təbii cavab vermək istəmirəm. O qədər sadə yanaşmaq düzgün olmaz. Amma düşünürəm ki, yazdığım nümunədə fayda var. Test.php-də istənilən əməliyyatı aparmaq olar. Məsələn XML faylı ora da çağırmaq olar, mysql-dan istənilən məlumatı həmçinin. Nəzəri olaraq belə kömək edə bilərəm maksimum )

Ruslan Butdayev (2013-05-19 17:57:34)
deyeaen men suali duz vermedim)) ya da men anlamiram)) her shey bir dene main.php uzerinde yerleshir. melumat xml formasinda yuklenir ve javascript hemin xmli oxuyur ve yazir)).. suali bele edim: sayt acilanda mysqlden xml formasina kecen data harda qalir serverde? ele xml formasinda tmp de qalir hardasa ya javasxript onu lazim olan formata salir? bu menim js linkim hansi ki getir goster isine baxir.. https://www.dropbox.com/s/boovcjjhbhnl985/point.js

VendeTTA (2013-05-19 16:00:42)
Saytı görmədiyim üçün konkret kömək edə bilməyəcəm, amma sadə bir nümunə yazacam aydın olacaq məncə. 1. Səhifəni yeniləmədən hər hansı bir məlumatı update etmək istədiyimiz əsas səhifə. Update olunacaq hissəni hər hansı bir div konteynerinə yerləşdiririk. Bizim misalda bu mydiv olsun. [code]<html xmlns="http://www.w3.org/1999/xhtml"> <head> <script src="http://code.jquery.com/jquery-1.9.1.min.js" type="text/javascript"></script> <script type="text/javascript"> function myload(id) { $('#mydiv').load('test.php?id=' + id); } </script> </head> <body> <? echo mt_rand(1,9); // Səhifənin yenilənmədiyinə əmin olmaq üçündür :) ?> <br/> <a href="#" onClick="myload('2')">2</a> <br/> <a href="#" onClick="myload('3')">3</a> <div id="mydiv"> </div> </body> </html>[/code] 2. Hər hansı bir test.php açırıq. İçinə elementar bir iki sətir yazırıq. [code]<?php $id = $_GET['id']; echo $id == 3 ? 'Bu üçdür' : 'Bu ikidir'; ?>[/code] Bu qədər. Sonra isə əsas səhifədə 2 və ya 3-ə klik edirik nəticəyə baxırıq. Diqqət edirik ki, bizim konteyner daxilindən başqa heç bir məlumat refresh olunmur. Yuxarıda random çağrılmış rəqəm isə sabit qalır.

Ruslan Butdayev (2013-05-19 13:13:08)
header versem sehife yeniden yuklenecek bu zomin bezi prosesler olur hemde mueyyen zoom ve mueyyen koordinatlarda olur user.. reload olsa hamisi itecek. jquery ile daha deqiq nece mumkun olar?

VendeTTA (2013-05-19 04:58:21)
header("Location: url"); ilə etmək olar. Hər hansı bir informasiyanı dəyişəndə klik edən kimi yenidən yönlənsin həmin səhifəyə. Bu heç hiss olunmayacaq istifadəçi tərəfindən. jQuery ilə də etmək olar.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

.js Modulo funksiyası nədir

Refresh Page

Javascript

Synchronous XMLHttpRequest xətası

Javascript kodlar haqda

Saytda Məzənnə