php-ni necə öyrənə bilərəm

salam.mən sayt yığma bilməy üçün php öyrənməy isdiyirəm.qərarlıyam və bu işi başıma qoymuşam.burdakılar görürəmki phpni yaxşı bilirlər.siz necə öyrənmisiz hardan öyrənmisiz bilməy isdəyərdim.isdəyirəmki mənədə köməy eləyəsiz.deyirlər vidyolara baxmalısan hansı vidyolara baxmalıyam bilmirəm.mənə php öyrənməydə köməy eliyin.birdə örgənməyə başlasam neçə vaxda öyrənə bilərəm.verəcəyiniz cavablar üçün indicədən cox sağol deyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Ruslan Butdayev (2013-05-21 10:55:15)
proqramlashdirma dili rus dili ingilis dili ve s. xarici dil deyil.. Bu mashin dilidir ve ozune uygun sintaksisi ve bu proqrami yazacaq birinden mutleq telebleri var. 1) en vacib olan Mentiq! Logica olmasa bu ishi unudun. 2) hadiselerin nece cereyan edeceyini evvelceden hesablamaq.. 3) sebrli olmaq bu ishe heves gostermek/pul qazanmaq ve ya kimese ozunu gostermek uchun olmaz.. 4) Proqramlashdirmanin oyrenmeyin vaxti yoxdu tam hech vaxt bilmeyeceksen hemishe hardasa yarimcigin olacaq hemishe oxumalisan hemishe oyrenmelisen.. 5)Oyrenmeye geldikde ilk evvel her kes derslik oxumaqla bashlayib. kitablardan ve internetden.. hevesle oturub oxuyub yoxlayib. video derslikler bilmirem ne uchun en azindan proqramlashdirma dili 3dsmax deyil baxasan mouse hara aparir neyi sixir ve s. Evvelce bashlangic seviyye insnanlar uchun 100 lerce php kitab var.google mutleq komek edecek size.. evvelce o kitablardan bashlayin bir az davam edin gorseniz ki qavrayirsiz anlayirsiz davam edin.. Mutleq google da axtarish elemeyi bacarmalisiniz.. ugurlar.. Xahish edirem ya Azərbaycan hərfləri ilə yazmayın. Yazırsınızsa düzgün yazın. Dilə qarşı belə hörmətsizlik etməyin.. Zəhmət olmasa yaşınızı da qeyd ederdiniz!

Azear (2013-05-20 20:16:03)
Kursa gedin, əgər kursa pul xərcləməy isdəmirsizsə internetdə bu haqda müəyyən qədər məlumat var amma internetdən öyrənməy çətin olarcaq.

Babo (2013-05-20 19:23:16)
Rəy yazdığıvıza görə sağolun ama mənə tam cavab lazımdı.heçolmasa siz necə öyrənmisiz onu deyin mənə.

VendeTTA (2013-05-20 18:11:01)
Videolardan öyrənə bilərsiz, amma bazis biliklər mütləq lazımdır. Bundan sonra videolarda fayda tapmaq olacaq. Videolar praktika və sonrakı inkişaf üçün faydalıdır, öyrənmək üçün yox. 1. Rus dilini bildikdə ən yaxşı məsləhətim rus dilli ədəbiyyat olardı. Bu mənim şəxsi fikrimdi. Özüm də belə öyrənmişəm. Ədəbiyyat kifayət qədər çoxdur. 2. Kurslara getmək olar. Bu ünvanda müxtəlif kurslar haqqında məlumatlar var Millibyte/

Babo (2013-05-20 18:00:56)
məncədə phpni yaxşı bilənlər var ama mənə köməy eləməy isdəmillər.yazınıda özüm belə yazıram.danışdığım kimi yazmağı xoşlayıram.

marmeladze (2013-05-20 16:25:54)
sözsüz ki, burda php-ni kəlmeyi-şəhadət kimi bilənlər var və onlar da sənə lazımı köməkliyi edəcəklər - buna şübhəm yox. amma kiçik bir məsləhət. php dilində yazmağı-yaratmağı öyrənərkən, azərbaycan dilində də yazmağa/öyrənməyə azacıq vaxt ayırın -))