Radio stream linklər

Salamlar. Bu sualı bir dəfə də yazmışdım, cavablandıran olmadı. Mənə milli və xarici radioların stream linkləri lazımdır. Bunu hardan tapa bilərəm? Bəzilərini online dinləmə faylı kimi(winamp,) yüklüyüb, faylı redaktə edib tapmışam, bəzilərini isə saytında source koda baxıb tapmışam. Amma tam istədiklərimi tapa bilməmişəm. Köməklik göstərən  olsa, yaxşı olardı :)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Nurlan Mehdiyev (2013-05-20 17:22:12)
http://www.shoutcast.com/

Alibeyov (2013-05-20 16:32:43)
*göndərmişəm görmüşəm.

Alibeyov (2013-05-20 16:31:06)
+ sizin o dediyin google-u da ələk-vələk eləmişəm, mən istədiyim fm-lər yoxdu, + o göndərdiyiniz linki də çoxdan göndərmişəm, o U.S. -də olan radiolar üçündür cənab ağıllı.

Alibeyov (2013-05-20 16:29:50)
IT - ilə əlaqəsi yoxdur?! Siz niyə bilib bilmədən belə fikir yürüdürsüz ki? Radio stream linklər mənə Ubuntuda Radio Tray proqramına qoşmaq üçün lazımdır. Hər halda, burda gün ərzində verilən və sizlərin də həvəslə cavablandırdığınız şablon suallardan qat-qat üstün sualdı! Bu tip minnətli cavablardansa, elə cavabsız qalsa yaxşıdı sualım!

Ruslan Butdayev (2013-05-20 12:10:58)
Radio Locator Mence en yaxshi komekci ele google ozudur.. Bu sualin IT e hech bir yaxindan uzaqdan elaqesi yoxdur.!