Termin tərcüməsi – stek

Salam. Zəhmət olmasa assembler mövzusuna aid olan aşağıdakı ifadəni tərcümə etməyə  kömək edərdiniz. Təşəkkürlər.

 The Top of the Stack.

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

VendeTTA (2013-05-23 22:34:24)
Salam. Öz başa düşdüyüm və bildiyim kimi yazıram. Ümumişlək söz də olsa kompüter dilində də elə mənası və tərcüməsi "yığın" gedir. Burda yığın təbii ki, verilən məlumatlar strukturu mənasında gedir. Stek ifadəsinə bir çox proqraşdırma dillərində rast gəlinir. Pop əməliyyatı stekin ən üstündə olan elementini (Top of the stack) silir. Bunu bəzən silah darağı ilə də müqayisə edirlər "Atış son doldurulmuş partrondan başlayır" və ya "sonuncu gəldi, birinci çıxdı". Stack Pointer isə Top of the stack-in yerini bildirir. Daha doğrusu stekin üstü Stack Pointer-ə istinad edir.

ahmed (2013-05-23 16:38:10)
Stek sözü tərcümə olunmamalıdır, stek olaraq qalmalıdır, termin kimi O ümumişlək sözdür. Problem məhs TOP ilə bağlıdır. TOP ən üstdə dayanan mənasını verir. Stekdə də ən üst, stekin üstü xüsusi əhəmiyyət kəsb edir. Amma stekin üstü kimi tərcümə edəndə tələb olunan məna itir. Stek göstəricisi həmişə stekin üstünə istinad edir və qiyməti avtomatik yenilənir (CPU tərəfindən). Stek göstəricisi terminin uğun tərcümə etmək olur (stack pointer). Amma stek göstəricisi hara istinad edir ? Stekin üstünə - ? biraz uyğun gəlir. Mənim ümumiyyətlə seçimim yox idi, amma stekin üstü variantı üzərində hələlik dayanmaq olar. Daha münasib tərcümə olsa zəhmət olsa bildirin. Təşəkkürlər.

E. Hacı (2013-05-23 15:21:23)
Termin olaraq stack Türkiyə türkcəsində də yığın gedir. O halda TOP hansı mənada işlədilirsə ona uğun işlətmək olar yığın sözünü. Sizi nə qane etməz belə olan halda?

Cabbarov Sübhan (2013-05-22 21:08:29)
Hərfi tərcümədə "Yığının yuxarısı" deməkdi. Amma assembler dilində bu yaddaşda (RAM-da) proqram üçün ayrılan xüsusi yaddaş sahəsidi. İngilis dilində tam açıqlaması belədi "When a program starts executing, a certain contiguous section of memory is set aside for the program called the stack. " Burdan stack-ın assembler-dəki mənası ingilis oxuyub başa düşə bilərsən.