.htaccess rewrite rule spesifikasiyası

salam.  .htaccess fayllarında istisnaları yaxud şərtə bağlı dəyişkənləri bildirmək mümkündürmü? 

məsələn, burdakı kodda bir istisna variant göstərmək istəyirəm ki (son halı ilə),  əgər  "../page/6"  olarsa onun da yerinə /xyz yazılsın. 

[code] RewriteRule ^(page)/(\d+)/pg/(\d+)?$ /index.php?page=page&id=$2&st=$3 [L] [/code]

 

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

VendeTTA (2013-05-27 00:06:19)
Əlbəttə olar. Sadəcə məntiqi ardıcıllığı düz qoymaq lazımdır. Əgər xyz --> /page/6 -ya, sonra isə bura --> /index.php?page=page&id=6 yönlənməlidirsə 1 və 2-nin yerini dəyişin.

marmeladze (2013-05-26 22:11:36)
salam. sualım yenə htaccess-ə dair olacaq. htaccess faylında, hansısa linkə aid iki dəfə rule yazmaq olar? məsələn belə, [code]RewriteRule ^page/6 /index.php?page=page&id=6 [L] RewriteRule ^xyz /page/6 [L][/code]

marmeladze (2013-05-25 00:02:47)
problem ordadır ki, menu include olunur. include olunan məlumatlar da, bazadan çıxarılır və səhifənin göstərildiyi dilə görə dəyişir. menunun ekrana verilmə proseduru təxminən belədir - [code]mysql_query("select x from y where x = $dilParametri") while (//şərt) { print "$m \t"; } [/code] burdan konkret olaraq 6-cı səhifəni seçə bilmirəm.

marmeladze (2013-05-24 18:08:42)
bilmirəm, sınayacağam bunu. sayt hansısa bir cms üstündə qurulub deyə, funksiyaların harda nə vaxt təyin edildiyini bilmirəm.

VendeTTA (2013-05-24 16:17:01)
Belə yaramır ? [code]RewriteRule ^page/xyz /index.php?page=page&id=6 [L] RewriteRule ^page/([0-9]+)$ /index.php?page=page&id=$1 [L][/code] Sadəcə skriptin içində page parametri üçün şərt dəyişilməlidi. Təxmini belə bir şey. [code]$page = $_GET['page'] == 6 ? 'xyz' : $_GET['page']; <a href = "/page/' . $page . '">sehife - ' . $_GET['page'] . '</a>[/code]

marmeladze (2013-05-24 15:36:19)
salam. istədiyim budur ki, sadəcə site/page/6 olanda, site/xyz kimi görünsün. qalanları elə olduqları (site/page/1, site/page/2 ... ) kimi qalsınlar.

VendeTTA (2013-05-24 15:23:21)
Salam. Düzünü desəm sual aydın olmadı. /page/5-ə kimi başqa səhifəni açsın, 6 olanda başqa ? /xyz nədi ?

marmeladze (2013-05-24 14:53:42)
üzr istəyirəm, yuxarıdakı sətirdə bir səhvlik var - əslində belə olmalıdır. [code]RewriteRule ^(page)/(\d+)?$ /index.php?page=page&id=$2 [L][/code]

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

htaccess – de kömək

Saytın url-da Azərbaycan şirftlərinin işləməsi

.htaccess faylinda kodda kömək

htacсess şəkillərin tez açılması

Rss tapmaq

Sayt açılanda kod tələb etsin