Samsung galaxy S3 yoxsa LG Nexus 4 (E960)

Samsung galaxy S3 yoxsa LG Nexus 4 (E960)  ???

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2013-05-24 10:06:38)
Nexus 4 üstünlükləri: 1. Aparat olaraq S3-dən aşkar güclüdür, heç vaxt zəifləmə, tutulma deyə bir şey olmur, hər hansı app not responding olanda belə sistem zəifləmir. 2. Şüşə korpusludur, görünüşü daha eleqantdır. 3. Pure Android-dir, yəni əlavə proqram olmur, əsl Android-dir Samsung-dan fərqli olaraq. 4. Qiyməti daha ucuzdur, qiymət-keyfiyyət münasibətinə görə dünyadan bir nömrəli smartfondur. S3 üstünlükləri 1. Kamerası Nexus4 kameradan xeyli üstündür. (Daha yaxşı çəkliş, daha çevik çəkmək və.s.) 2. Korpus plastikdir deyə zədəyə daha dözümlüdür, Nexus 4 əldən asfalta düşdüsə, 90% ehtimalla harasısa çat verəcək. S3-də isə bu ehtimal çox çox aşağıdır. 3. Sistemin üstündə gələn maraqlı vizual effektlər, multimedia həlləri. 4. Ekran pixel sıxlığı Nexus4-dən bir qədər zəif olsa da, Super Amoled texnologiyası hesabına ekran daha diri, daha canlı, daha rənglidir. Şəxsən mən Nexus 4 seçərdim, daha doğrusu seçmişəm 4 aydır.

Onar Alili (2013-05-24 09:47:07)
Əgər burdakı qarşılaşdırmaya baxarsa RAM və Processor olaraq LG daha üstün olduğunu görürürk.Mənim fikrimizcə bu iki hissə çox vacibdir.