B.A.K.U. antivirus vs. Antivirus Kasperski 2013

Salam.Mən Windows xp-li kompüterimdə Antivirus Kasperski 2013-dən istifadə edirəm.Bu gün internet də belə bir sayt tapdım: baku-av.az ,ilk milli antivirus proqramı.Dünyada ən güclü seçilən Bitdefender av-un əsasında qurulub.Həm də Azərbaycan dilindədir.Viruslardan yaxşı müdafiə etdiyinə görə mükafata layiq görülüb.Bir aylıq pulsuzdur.Mən Kasperskini silib B.A.K.U. antivirus yükləyə bilərəmmi?Yəni vermək istədiyim sual budur: Kasperski daha yaxşıdır yoxsa B.A.K.U.?

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

NizamiA (2014-02-09 13:38:49)
Yüz faiz mükəmməl antivirus müdafiə sistemi yoxdur. (AV Testlərə baxın və nəticələri örgənin) Kaspersky, Norton, Bitdefender, Avira, Eset, Emsisoft, AVG, Avast, DrWeb, G-Data, McAfee, Bullguard, Norman, Trustport, Comodo, Panda, Trendmicro, F-Secure, Escan kimi tanınan vendorlar artıq dünya bazarında özlərini doğrultmuş və kifayət qədər audtoriyaya sahibdirlər. Çünki bu antivirus müdafiə sistemləri təkmilləşmiş evristik analiz aparmaqla bərabər, milyonlarla virus siqnatura bazalarına, təcrübəli və peşəkar kadrlara sahibdirlər. Antivirus müdafiə təminatı seçərkən əsas diqqət yetrilməsi gərəkənlər: 1. antivirus mühərrik, 2. kompleks müdafiə təminatı, 3. daha az sistem təlabatı. Bu gün bazarda bir çox antivirus müdafiə təmantları var və onların bir çoxu əsasən bitdefender, qismen isə avira, emsisoft ve kasperky kimi tanınan aparıcı vendorların antivirus mühərriklərinə sahibdirlər. Kompleks müdafiə təminatlarından - Kaspersky, Bitdefender, Norton, Eset Antivirus təminatraından - Emsisoft, Kaspersky, Eset Nod 32 Antivirus Skanerlər - HitmanPro, Malwarebytes, Dr.Web CureIt! Firewall müdafiə divarı - Comodo, Online Armor, Outpost pro Pulsuz antiviruslardan kompleks müdafiə imkanı verən - Comodo IS Free Yalnız pulsuz antivirus müdafiələrdən - Avast Free, Qihoo 360 AV, Bitdefender Free, Avira Free, AVG Free Bu pulsuz antiviruslarla bərabər kompleks müdafiə əldə etmək üçün + Comodo Firewall və ya Online Armor Firewall müdafiə divarlarından istifadə edə bilərsiniz.

musarir (2013-05-30 15:17:29)
@Ruslan Sirf sənin şərhivə görə log in oldum + like (P.S minnət olmasın koment xoşuma gəldi) Ha bu arada virusdan qorxan istifadəçilər pulu çox olanlar apple məhsulu olsun , puluna önəm verənlər Linux distiro istifadə etsin, amma yenədə windows istifadə edəcəm deyirsinizsə free versiya antivir`lər də pis protection təmin etmir sadəcə diqqətli və azacıq paranoya olmaq lazım windows`da :)))

force86 (2013-05-28 12:16:19)
Onu deyə bilərəm ki bütün antiviruslar eyni sistemlə işləyir. O ki qaldı seçimə Kaspersky də qalsanız daha yaxşı olar. O təzə olduğundan problemləridə çox olacaq profesionallaşması üçün zamana ehtiyacı var

Tarlan Umudov (2013-05-28 01:47:43)
Salam. Düzü mən Windows işlətmirəm amma antivius kimi Microsoft-un öz məhsulunu məsləhət görə bilərəm əgər pulsuz antivurus istəyirsizsə. Yalnız windows lisenziyalı olsun gərək. http://windows.microsoft.com/en-us/windows/security-essentials-download

Alibeyov (2013-05-27 09:54:10)
Mən Trend Micro istifadə edirəm, hələ ki, narazılığım olmuyub :)

Alibeyov (2013-05-27 09:53:31)
Avast haa :)

Ruslan Butdayev (2013-05-27 09:07:06)
Antivirus haqqinda mubahise elemek duzgun deyil.. Artiq AV zovq meslesidir,:)

lemark (2013-05-26 18:25:55)
AVAST-dan basqasi yalandi. Mende o qeder ele hal olub Kasperskinin(son versiyalrdan biri) tapa bilmediyi viruslari AVAST tapib

Onar Alili (2013-05-26 13:56:24)
Salam Mən məsləhət görməzdim dəyişdirməyi.Öz şəxsi təcrübəmnən deyə bilərəm ki,kaspersky daha güclüdür.İstər virus bazası istər real-time aktivliyinə görə və nisbi təhlükəli təyin etmə gücünə görə Kaspersky daha yaxşıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kasperskiy Internet Security 2012

Antivirus və brauzer vasitəsilə sayta girişi qadağan etmək

Şəbəkə üçün antivirus