Hansısa bir rəqəmsal,elektron faylı online saytımdan satıramsa,vergi verməliyəmmi?

Hansısa bir rəqəmsal,elektron faylı online saytımdan satıramsa,vergi verməliyəmmi? Verməliyəmsə necə?

Cavablarınıza görə təşəkkürlər....

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Eliaga (2013-05-29 13:35:30)
Minnətdaram,çox sağ olun.Arıtıq bu haqda tam məlumatım oldu.

E. Hacı (2013-05-29 09:10:22)
Necə satmağın nə önəmi var axı? Azərbaycan Respublikası ərazisində yaşayıb hər hansı ticarət, biznes ilə məşğulsunuzsa, mütləq qeydiyyatdan keçib vergini ödəməlisiniz. Hetta paypal Webmoney kimi xarici vasitələrlə etsəydiniz belə. Duzdur onlara nəzarət çətindir deyə məsələn Webmoney ilə edən vergi verməsə üzə çıxması az ehtimalıdır, amma qanun qanundur. Azericard, Goldenpay, portmant isə bu sənədi sizdən öncədən tələb edir, işini qarantiyaya alır. Yani portmanat da sizə account verməyəcək vöen olmasa. Saytlarında müvafiq bölmədə yazılıb bu haqda

Eliaga (2013-05-28 21:07:39)
Çox sağ olun ətraflı cavaba görə,təşəkkür edirəm.Amma mənə bir şey qaranlıq qaldı.Saytda satdığım e-məhsulun ödəmə metodunu Portmanat-la etsəm necə,yenə də vergi olacaqmı? Yoxsa bu Azericard və ya Goldenpay üzərindən satdığıma görədir?

E. Hacı (2013-05-28 15:29:33)
Salam. Əlbəttə verməlisiniz. e-taxes.gov.az-da fiziki şəxs kimi qeyd olun, digər xidmətlər seçin(səhv etmirəmsə elədir, çünki kateqoriyaların heç biri sizin məşğuliyyət sahəsini əks etmirməyəcək, ən azında mən baxanda eləydi) qeyd olun, sizə cavab gələndə bütün sənədləri təhvil alın, VÖEN-ə malik olub sahibkarlığa başlayın. Ondan sonra satdığınız malları Azericard və ya Goldenpay üzərindən sata biləcəksiniz, Azericard daha uyğundur. Hər 3 aydan bir online hesabat verib sonra vergini banka ödəmək lazımdır. Sadələşdirilmiş vergi ödəyəcəksiniz, rayonda yaşayırsınızsa gəlirin 2%-i, Bakıda 4%-i dəyərində vergi.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

ATB Bank kartı bloklayıb

Adsensedən ödəniş alanda vergi tutulur ?

Vöen açmaqın mene ne kimi xeyri ola biler?

WordPress-də Üstündəki Hazır Temaynan Video Şəkil Satmaq

Elektron ticarətin vergiyə cəlb olunması

ebay vergi