flash banner yüklənməsində problem

salam.  sayta yerləşdirmək üçün 4 flash banner hazırlamışam və test versiyada hələ də durur. saytın başlığında yanaşı 4 flash banner. bir-iki saat olar ki, google-chrome-da bannerlərin yüklənməyində problem var. sadəcə biri görünür, qalanları yox. refresh verəndə də başqa biri görünür, digər üçü yox. nə mozilla, nə ie, nə konqueror, nə opera - hətta eyni qaynaqla yazılmış, chromium browser və yandexdə də bu problem olmur. səbəb nə ola bilər?  

Verilmiş cavablar və yazılan şərhlər (9 cavab var)

marmeladze (2013-05-29 23:22:57)
problem təkcə mənim brauzerimdə deyil - başqa cihazlarda da yoxladım, eyni şey çıxdı.

Tural Əlisoy (2013-05-29 20:23:39)
bəs chrome başqa extension, app varmı hansı ki, flash bannerin görünməsinə mane olur? əgər ext. çoxdursa hamısını deaktiv edib yoxlayın görün nə göstərir?

VendeTTA (2013-05-29 18:58:27)
Düşünürəm bu halda Chrome yenidən install olunmalıdır. 5-6 dəqiqə vaxt alacaq. Həm bu flash pluginlər bir az problemli olur. Sizdə də müxtəlif brauzerlər çoxdur. Konfliktlər də ola bilər. İstənilən halda yenidən qurmağa cəhd etməyə dəyər.

marmeladze (2013-05-29 18:54:08)
plyus, maraqlı olan burasıdır ki, bannerlər yüklənir (view-source-dan baxdım) amma niyə görəsə əsas ekrana vermir.

marmeladze (2013-05-29 18:16:59)
plugin1 (0) plugin2 (0) -- saytı, hər ikisini söndürüb refresh edəndə, əvvəl shockwave crashed yazılır. sonra hər hansı birini enable eləyəndə, əlavə refeshə zada ehtiyac qalmadan bannerlərin hamısı görünür. işdi şayət hansısa başqa səhifəyə keçid etməli olsam yaxud refresh eləməli olsam yenə də problem yaranır. plugin1(1) plugin2 (0) -- problem var plugin1(0) plugin2 (1) -- problem var plugin1 (1) plugin 2(1) -- problem var

VendeTTA (2013-05-29 18:08:37)
pepperflash Chrome üzərində gələn flash plugindi. Məsləhətdi ki, bunu saxlayasız. İkincini söndürəndə nə baş verir ? Bir də ki, bu cümləni anlamadım : daha sonra birini ( <-- Hansı birini ?) aktiv edən kimi, yeniləməyə ehtiyac duymadan hamısı normal görünür Bəs sonra nə olur ? Yenidən itir ?

marmeladze (2013-05-29 17:58:30)
var amma başqa şeyə görədir. [code]FB.getLoginStatus() called before calling FB.init(). all.js:52 Failed to load resource: the server responded with a status of 404 (Not Found) [/code]

E. Hacı (2013-05-29 17:38:38)
Chrome console-da baxmısınızmı? Hər hansı qırmızı rəngli error varmı orda?

marmeladze (2013-05-29 16:24:01)
chrome-da plugin pəncərəsində iki flash plugini var - biri pepperflash-dir o biri macromedia. 1) ikisi də aktiv olanda cəmi bir banner açılır. 2) biri aktiv olanda da bir banner açılır 3)ikisini də passiv hala gətirib səhifəni açanda məşhur shockwave crashed banneri ekrana gəlir. daha sonra birini aktiv edən kimi, yeniləməyə ehtiyac duymadan hamısı normal görünür.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Flashda problem

SWF faylını editləmək

Brauzerdə peyda olan foto haqqında

SWF formatdakı videonun sürətini nəcə qaldırmaq olar ?

Adobe Flash Player windows phone üçün.

Google Chrome taskbarda minimize etmək