Online Market sənədləşmə

Salam ..Tutalim ki mən online magaza hazırladım vı istəyirəm ki online satiş həyata keçirim. Getdim Millikarta ya Azericarta..

Bu proeseduarlar necə baş verir satış necə həyata keçir.. Prosessing mərkəzləri mənim saytımla necə əlaqə qurur? Təhlükəsizliyə kim cavab verir? Təcrübəsi olan var bu sahədə?

p.s. Huquqi tərəfi maraqlı deyil texniki tərəfini bilmək istəyirəm.

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-05-31 12:20:03)
Yo o qədər də sadə deyil. Öncə tam secure bağlantı təmin olunur onların servisi və sizin sayt arasında, daha sonra siz özünüzdə hər hansı ödəniş forması səbət və.s. düzəldib axırda öz bazanızda ödəniş table-da bir unikal id üzrə sətir yaradırsınız, user_id field-nə user id-si yazılır təbii ki, digər bütün field-lar boş qalır, eybu zamanda ödəməni edin düyməsini basanda ödəniş data-larını xml şablona yığıb onları (məbləğ, unikal id və.s.) göndərirsiniz Azericardın xüsusi ödəmə səhifəsinə, daha sonra orda uğurlu olduğu halda sizin tərəfdən bir url çağırlır, hansı ki bayaqkı unikal id-li sətri tapıb update edir və ora bütüb boş field-ləri doldurur, ödəniş tarixi, id-si, məbləği və.s. və ilaxır. Bu dediyim adresi onlar özlərində success case-ində CURL ilə çağırırlar və onlar tərəfə ödəniş uğurla alındı yazarkən sizin sayt CURL-lə çağırılır və bu uğur haqda sizin bazaya da məlumat daxil olur. Bir sözlə əsas key sizin tərəfdə yaradılan unikal ödəniş id-sidir, hansı ki həm sizin mysql-ə boş sətrə insert olur, həm də onlara ödəniş səhifəsinə göndərilir, ödəniş olanda da onlar sizdə digər url-i çağırıb sizin onlara verdiyiniz unikal İD-ni təkrar geri göndərirlər sizə ki, bax bu ödəniş İD_si uğurla bitdi, bunu update et filan məbləğə.

Ruslan Butdayev (2013-05-31 09:14:47)
Cavabin uchun teshekkurler.. Bele cixir ki onlar menden malin adini ve qiymetini gotururler ve cavab olaraq neticeni mene gonderirler.. Bu qeder sade ?)

E. Hacı (2013-05-30 23:48:28)
Salam. İlk öncə VÖEN açdırırsınız, ona uyğun bank hesabı açdırırsınız. Yəqin hüquqi tərəfləri tam bilirsiniz deyə soruşmadınız. Fiziki şəxs kimi açsanız gedirsiniz Azericarda(Goldenpay ancaq şirkət-yəni hüquqi şəxslərlə işləyir), Azericardla müqavilə bağlayırsınız, bir neçə günə post terminalınız müvafiq bankda aktivləşir və sizinlə Azericard-dan bir proqramçı əlaqə saxlayıb support edir və bir neçə gün inteqrasiya edirsiniz sisteminizlə onlar verən kodu. Fərdi inteqrasiya olur, sizin sistem necədirsə, ona uyğun şəkildə. (CURL ilə inteqrasiya edilir, təhlükəsizliyə də söz ola bilməz. ) Sonra sizə şərti kart verir, tam test edirsiniz, sonra real sayta qoşursunuz ödəməni. Sonrakı ödəmə təhlükəsizliyi isə tam olaraq onların məsuliyyətindədir, beynəlxalq sertifikatlı servisləri var, sizin sayt tərəfə müştərinin heç bir bank məlumatları daxil olmur, yalnız filankəs bu prosesəsdə ödəməli olduğu N manatı ödədi ya ödəmə alınmadı məlumatı gəlir CURL ilə sizə.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Azəricard və GoldenPaydan başqa ödəniş sistemləri

Web saytdan onlayn ödəniş qəbul etmək

Online Satış(CMS)

Azəricard E-commerce problemi