Twitter Login Verification haqqında sual

Salam
Bu videoda göstərilən kimi öz twitter profilim üçün etdim https://www.youtube.com/watch?feature=player_embedded&v=IsdvJI0AK5M , amma hər dəfə kompüteri söndürüb-yandıranda telefonuma kod gəlir profilimə daxil olmaq üçün , yəni ki əvvəl google search-a sadəcə olaraq twitter yazırdım və birbaşa profilim açılırdı amma indi kompüteri yandırandan sonra dediyim kimi əvvəli kimi profilimə daxil olmaq istəyirəm amma birbaşa profilim açılmır əvvəlcə istifadəçi adımı və parolumu yazıram , sonra telefonuma SMS gəlir həmin SMS-də kod göstərilir həmin kodu daxil etdikdən sonra yalnız bu cür profilimə daxil ola bilirəm.Kompüteri söndürürəm və istənilən vaxt yandırıb profilimə daxil olmaq istəyəndə yenə də telefonuma kod gəlir və həmin kodu ora daxil etməsəm profilimə daxil ola bilmirəm.
Sualım belədir ki , bu belə olmalıdır ? yəni ki , hər dəfə telefonuma yeni kod gəlməlidir ? yoxsa mənim kompüterimdə problem var ?

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

İlkin Əlizadə (2015-02-11 07:45:55)
Artıq düzəlib bu problem. :)

İlkin Əlizadə (2013-06-02 05:46:11)
Çox sağ olun.

Tural Əlisoy (2013-05-31 10:46:55)
Bu sizin hesabın təhlükəsizliyi üçün edilmiş bir şeydir. Yəni o şifrə telefonunuza gəlmədən heç bir vaxt hesaba daxil ola bilmirsiz. Facebookda da bu tip bir qoruma yöntəmi var.

İlkin Əlizadə (2013-05-31 01:16:36)
Siz dediyiniz yerə işarə qoyuram onsuzda amma dediyim kimi profilim birbaşa açılmır əvvəl birbaşa açılırdı amma indi yox çünki indi sualda da göstərdiyim videodakı kimi etmişəm və bunu etdikdən sonra hər dəfə kompüteri yandıranda öz profilimə daxil olmaq istəyirəm amma sualda da yazdığım kimi profilim birbaşa açılmır yəni ki , ekranda istifadəçi adımı və parolumu yazmaq üçün olan yerlər görünür və istifadəçi adımı və parolumu yazandan sonra profilimə daxil olmaq üçün telefonuma kod gəlir həmin kodu yazandan sonra profilimə daxil ola bilirəm. Onu da deyim ki , təkcə kompüteri söndürüb-yandırandan sonra bu problem olmur çünki internetin surətində problem var idi buna görə ekranın yuxarısında sağ tərəfdəki küncdə olan x işarəsinə vurdum və brauzeri bağladım və yenidən kompüteri söndürmədən həmin brauzerlə twitter-də öz profilimə daxil olmaq istədim və yenə də eyni şey oldu yəni ki , bu dəfə də istifadəçi adımı və parolumu yazdım bundan sonra telefonuma kod gəldi və həmin kodu yazdıqdan sonra profilimə daxil ola bildim. Bilmək istəyirəm ki , bu nəyə görə belə olur ? hər dəfə belə etməliyəm ?

Tural Əlisoy (2013-05-30 20:17:10)
Siz login və şifrəni daxil etdikdən sonra orda göstərilmiş xana var "Məni Xatırla" bunu işarələdikdən sonra girişiniz sadəcə açıq qalacaq hər dəfə login və şifrə yazmağa ehtiyyac olmayacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Namaz vaxtları SMS ilə şəhərlər üzrə ödənişsiz xidmət

Twitterdə Widgets nə işə yarayır?

Sms xeberdarliq

Nömrəmə SMS gəlmir

Twitter barədə geniş məlumat

Twitter məkan