pes 2013 online

Salam mende pes 2013 oyunu var idi.Sonra isə ona pesbox anatolia yazdim.Problem orasindadir ki,oyunu online oynamaq olmur.Orada turkce yazir ki,oyununuz guncel deyil lutfen oyununuzu son guncellemeye getirin ve yeniden baslatin.Mən də oyunun özündən en son yenilemeyi yukledim amma yene hemin problem yazilir.Bes men online nece oynuya bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Orxan Rajabov (2013-06-06 14:54:32)
Aydındır çoxsağol ..

Remonal (2013-06-06 13:38:16)
Yox ikinizde oyunu almalısız.original olmağı üçün.Steamda gruplar var.Türkler , Azeriler (yeqinki ).Olarnan oynaya bilersen.

Orxan Rajabov (2013-06-06 10:24:58)
Çoxsağol Remonal ..ama bir şey mənə qaranlıq qaldı, mən tutaq ki, dostumla online PES 2013 oynamaq istəyirəm, məndə 39 dollar ödəyib evdən oyunu yükləməliyəm kompa, oda 39 dollar ödəyib oyunu öz kompuna yazmalıdı ? yoxsa elə mən yazsam oyunu flashnən onun kompuna atıb oynamaq olar online ?

Remonal (2013-06-06 00:09:13)
Saytın özü budur. Steam haqqında burda yazmıram.Bu linkə bax ətraflı məlumat al. Buda Video linki - Steam Nedir? Birdə bir şey deyim.Steamı yükləməy və qeydiyyat olmağ pulsuzdu.Amma Steamdan oyun yükləməyçün pul ödəməlisən. :)

Orxan Rajabov (2013-06-05 10:09:54)
Remonal, zəhmət olmasa saytın linkini atardın bura.

Remonal (2013-06-04 21:37:44)
Salam.Mən sizə Steama qoşulmağı təklif edirəm.Steamda dünyanın ən məhşur oyunlarını rahatlıqla alıb (original) oynaya bilərsiz. PES 2013 də təbiki steamda var. 40 dollara bizim pulnan təxmini 30 manat çıxır. Əgər "Başqa saytlarda daha ucuz və originaldı ordan alacam" deyirsənsə özün bilərsən.Mən sənə rahat və sərfəli yolunu dedim.

Müşfiq Pirverdiyev (2013-06-04 17:42:04)
siz ən yaxşısı ebay-dan sifariş edin

PHP255 (2013-06-04 12:19:22)
hemin oyunun sayti hansidi?

mutu_gro1 (2013-06-04 09:02:01)
salam sizin oyun originaldır? Əgər original deyilsə online oynamaq olmur. originaldırsa silib təzdən yazın və başqa patch yazdırın

Orxan Rajabov (2013-06-04 09:01:10)
Bu sualı mən artıq bir dəfə vermişəm burda ..Disk özü original olmalıdır, hansıkı alanda diskin üstündə kod olur, siz əvvəlcə Konamiden qeydiyyatdan keçirsiz sonra isə koddan istifadə edərək online oynuyursız. Belə original disklər isə ancaq rəsmi saytın özündə olur, Bakıda hər yerdən maraqlandım yoxdur, yalandan satanlar var odakı verdiyləri kod yalnış olur.