Twitter Retweet etmək olmur

Salam.
Twitter-də Trends-də olan hashtag-lı tvitlərdən 10-15 tvitdən artıq paylaşa bilmirəm yəni ki , Retweet edə bilmirəm bu mümkün olmur.Tvitləri Retweet etmək istəyirəm yuxarıda bu cümlə yazılır " Your account may not be allowed to perform this action. Please refresh the page and try again. "
Bu cümlədəki refresh the page olan hissəyə klik edirəm amma yenə də problem düzəlmir.Bir saatdan sonra yenidən twitter-ə daxil oldum və yenə də 10-15 tvitdən sonra digər tvitləri Retweet etmək olmur və dediyim həmin o cümlə yazılır.
Sualım belədir ki , bu nəyə görə belə olur və bunu necə düzəldə bilərəm ?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

İlkin Əlizadə (2013-06-04 21:19:33)
Tvitterin mahiyyətinə gəldikdə isə mahiyyətini bilirəm və tvitterdə dəxlisiz tvitlər yazan tvitter istifadəçiləri kimi tvitlər yazmaqdansa hamının Retweet etdiyi və maraqlı olan tvitləri Retweet edirəm amma bu o demək deyil ki , Trends-də olan tvitlərin hamısını Retweet etməliyəm yəni ki , bunu anlayıram və özüm də çox da olmasa tvitlər yazıram. Sadəcə olaraq bilmək istəyirdim ki bu problemin səbəbi nədir.

İlkin Əlizadə (2013-06-04 01:23:44)
bot hərəkəti deyərkən nə nəzərdə tutursunuz ? və əgər o tvitdə yazılan fikirləri bəyənirəmsə nəyə görə paylaşmamalıyam ki ? və Retweet edəndə həmin tviti yazan şəxslərin profili üçün problem yaranır ? ya mənim profilimi follow edənlər üçün problem yaranır ? (cavabını özüm desəm heç kim üçün heç-bir problem yaranmır) Sizcə ? Mən də bunu bilmək istəyirəm ki , nəyə görə belə olur ? bunun səbəbi nədir ?

E. Hacı (2013-06-03 23:26:45)
Salam. Siz qısa müddətdə o qədər retvit niyə edirsiniz ki? Axı bu bot hərəkəti hesab edilir, ona görə də icazə verilmir. Tvitterin mahiyyəti bu qədər retvit etmək deyil axı.