kompüterin tez qızması

Salam notebukum tez qızır hərarəti  86 dərəcəyə çatır 2,3 gündür bu vəziyyətdədir. kuller işləyir amma soyutmur,  notebookun markası   HP pavilion dv6 di.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

VendeTTA (2013-06-05 14:46:37)
Xüsusilə belə hallara görə noutbuklar desktoplara nisbətən istiliyə daha davamlı materiallardan hazırlanır. Ana platada metal hissələrə daha çox yer ayrılır istiliyi yaxşı ötürməsi üçün və s.

VendeTTA (2013-06-05 14:43:55)
Temperatura görə birdəfəlik sönmə halına şəxsən mən rast gəlməmişəm, nə də eşitməmişəm. Nəzəri cəhətdən mümkün deyil. Temperatur həddi aşanda sistem xəbərdarlıq üçün avtomatik sönür. Daha sonrası, oyun və ya render zamanı dediyiniz kimi temperatur 90-95 də ola bilər və bu normaldır yenə də. Yazdığım cümlənin isə mənası o idi ki, sistem xəbərdarlıq etməmiş təşvişə düşməyə ehtiyac yoxdur. Xəbərdarlıq isə son demək deyil. Tozu silmək üçün isə həmişə vaxt olacaq. Sual verən bəlkə də yazsaydı ki, normal sakit halda belə qızır onda narahat olmağa dəyərdi. Bir az da sual çaşdırır.

Alibeyov (2013-06-05 14:26:03)
Mütləq sönməlidir? :) Sönsə birdəfəlik sönə bilər axı. Mənim qardaşımın notebook-u da belə idi, Hp-lər 1 il ərzində qəşşəng toz yığır, havalandırma sistemi pozulur. Kuler maksimum sürətlə işləsə də çatdıra bilmir, nəticədə ana platada hansısa detal xarab olur - və servis də buna qəşəng qiymət oxuyur. Məsləhətdir ki, xarab olmamışdan notebook servisdə tənizlənsin, termopasta yenilənsin, və s işlərlə - havalandırma sistemi bərpa olunsun. Normal işləyəcək. Notebookda gərgin iş prosesi (ağır oyunlar, render və s) getmədiyi halda normadan çox qızmağı yaxşı hal deyil.

VendeTTA (2013-06-05 11:46:23)
Salam. Əgər noutbuk sönmürsə problem yoxdur. Noutbuklar üçün belə temperatur normaldır. Sərbəst məkanın az olduğu üçün effektiv soyutma sisteminin tətbiqi mümkün deyil. Bəzi noutlar 90 dərəcədə belə normal işləyir.

Müşfiq Pirverdiyev (2013-06-05 11:36:18)
bunun cavabı çox sadədir "servisə yaxınlaşın"

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Toshiba A500 satellite fan lazımdır

Kuler nedir və neçəyə yenisini ala bilərəm?

komputer ilişir kömək lazımdı

ryzen yoxsa intel processorları?

Komputerimin processori sondu birden bire yanmir