Saytın raskrutka olunması

Hərkəsə salamlar!!! Öncə bu saytin yaradicisina teşekkur edirem belə gözəl bir sayta gorə .Dostlar  özum rusiyada yaşayiram rus saytlarin raskrutka etmək mənim ucun hec bir problem yaratmir demek olar ki 80 faiz seo dan anlayişim var varez saytim olub rusca, günde 100 min istifadeci toplamişam  amma bir saytim var Azerbaycan dilinde 5 minden yuxari qalxmir ki qalxmir uje 2 ildir optimizasiya edirem bilenlerden xahiş edirem deyərdiniz Azerbaycan saytlarin raskrutkasini necə edirlər, hardan backlink alirlar,google də  hansi zona targetinqi secirlər?Zəhmet olmasa cavablandirardiniz. Öncəden təşəkkür edirəm

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

noel (2013-06-08 22:36:23)
Mən anlamadim bu ne ne muraciet formasidi (Əhali sayının dəxli yoxdursa onda sanmarinoda günə 10min ziyarətçisi olan sayt açın,) Mən bura spor eləməyə gəlməmişəm. Sualıma cavab verin. Əgər bilirsinizsə bu haqda,Onda nagil eşitmək istəmirəm.Məsləhət görurəm sualı dəqiq oxuyun sonra nəsə yazın. Yuxarıda qeyd elədim seo nu 80 faiz bilirəm bəzi bizdəki məktəb uşaqları kimi demədim 100 faiz bilirəm.Siz mənim fikrimi özümə yazırsınız məndə bu fikirdəyəm.!!!

E. Hacı (2013-06-06 21:34:35)
Əhali sayının dəxli yoxdursa onda sanmarinoda günə 10min ziyarətçisi olan sayt açın, əla gəlir gətirər. Azərbaycan dilli 50milyon var amma onun 40 milyona yaxını əski əlifbasında yazır, latın əlifbalı saytların kontingenti olamazlar necə ki olmurlar, tək tük istisna xaric. Söhbət ölkə əhalisindən yox seqmentden getdi. Burda coğrafiya rol oynamır. Lap kənddə sayt açıb milyonlarla ziyarətçi toplamaq olar. Aznet seqmenti microscopicdir runetle müqayisədə.və siz burda heç vaxt runetdeki həcmdə sayt quramazsiniz. Ölkədə ən populyar saytlar gündəlik 50mini zorla keçir. Onların da yarısı oğurluq qanunsuz pirat məhsullar təqdim edən saytlar, yarısı da ciddi maliyyə resursları olan xəbər saytları.

noel (2013-06-06 13:25:30)
Cavablandırdiginiz ücün təşəkkür edirəm! Amma fikirlərinizlə razı deyiləm.Ona görə ki,əhali sayının ziyarətciyə dəxli yoxdu men kicik bir şəhərdə yaşayıram şəhərin rəsmi saytı var,gündə 50-60 min ziyarətcisi var. reg.ru nun melumatına görə ayda rusiyada 1 miliondan cox sayt hazirlanır məhs bu boyuk okeyanın icində gundə 100 nəfər adam sayta gətirə bilirsənsə deməli nəsə bilirsən.Bizdə mən analiz edirəm on sirada gedən saytlar hamisi mp3 lərdə oz səslərini yazib adam gətirirlər ən təmiz seo ilə axtarış sistemindən gələn ziyarətci mən yalniz open az da gorurəm ondan yuxrı sayt adin demirəm mp3 gücünə avtor huquqlarin pozaraq sesini yazib ziyarətci gətirib.Bu faktdı inanmırsinizsa googlede axtarin analiz sistemleri var yazin saytın adını baxın. Yəni yəqin ki saytınızın tematikası odur ki, tuta biləcəyi bazar yeri 5mindir xeyir saytda hər bir lazımi məlumat var Online radio 24 Saat,320 kib mp3 albomlar loqosuz,funksional çat,online kinolar, və.s.Azərbaycan dilli dünyada insanlar 50 milliona yaxındı elə ona gorə mən sualı belə verdim ki googledə hansı zonanı secim edirsiniz və backlink ləri hansı servizlırdın alırsınız. Diqqətinizə görə təşəkkür edirəm

E. Hacı (2013-06-05 14:29:32)
Sizə elə gəlmirmi ki bu normal haldır? Sizdə fərq 20 dəfə aşağıdır. Amma Runet əhalisi ilə Aznet əhalisi arasında say fərqi qat-qat çoxdur, yəqin ki bir 100 dəfəyə yaxın fərq var. Bizdə aktiv istifadəçilər 2 milyon civarıdır, rəsmən də deyəsən 4.5 milyondur. Amma runet bütün postsovet ölkələrinin rusdillilərini əhatə edir və say yəqin ki 250 milyona yaxın olar. Yəni yəqin ki saytınızın tematikası odur ki, tuta biləcəyi bazar yeri 5mindir, ondan artıq bazar payı, yəni istifadəçilər aznetdə cari tematika üzrə ya yoxdur. ya da daha populyar saytlar tərəfindən tutulub artıq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Chromebook almaq məsləhətdirmi ?

Silinmiş sayt linki google-dan neçə günə tam silinir?

Google-u sayta dəvət etmək

Yandex Ofis

Google 1+ düyməsi

PR 4 idi. İndi isə 0