Ubuntu Bakcell datakartında

salam,bilmək istərdim ki,ubuntu ə.sistemini  bakcell-in datakartında işlətsəm,problem yaranarmı? çünki bu datakartlar müəyyən trafik verirlər ay ərzində. Ubuntu da tez-tez internetdən yenilənir,yükləmələr olur. bunlar nə qədər mümkün olar?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Emin Mastizada (2014-06-07 03:40:55)
Elvinin də dediyi kimi Windows-da sistem və proqramlar istifadəçiyə xəbər vermədən arxa tərəfdə durmadan məlumat göndərirlər, bu da internetin həm süeətinin azalmasına, həm də daha çox traffik işlədilməsinə səbəb olur. Linux sistemlərində isə (Ubuntu da Linux sistemidir) normalda proqramlar arxa tərəfdə hər hansı bir məlumat ötürmək üçün istifadəçidən icazə alırlar və işləmədikləri zaman bunu etmirlər. Edən bir proqram olsa (Adobe kimi) bu zaman sistemdə ona qadağa qoymaq mümkün olur. Və bunu görmək də çox rahatdır. Ubuntuya keçməklə siz həm daha az traffik işlətmiş olacaqsız həm də internetinizin sürəti artacaq.

E. Hacı (2013-06-07 11:03:56)
Xeyr, heç bir maneə yoxdur. Hər bir halda windowsdan daha yaxşı performans görünəcək. İnternetin surəti isə sırf data kart və provayderin işidir, sistemin yox.

Mete (2013-06-07 00:49:52)
amma bir şey deyim,istifadə etdiyimiz windows sistemi də original deyil,yeniləmələri də bağlamışıq,amma ubuntu pulsuz və orijinaldı. sadəcə deyə bilərsizmi,datakartda ubuntudan istifadə etsəm,onun o əla sürətinə,rahatlığına maneə olacaqmı internetdən istifadə zamanı.

E. Hacı (2013-06-05 17:01:05)
Salam. Ubuntu-da background update yoxdur, Windows-da var. Yəni datakark üçün Windows daha pisdir, istənilən proqram özü üçün update edir tez-tez(Adobe proqramları, Windows-un özü və.s.) Ubuntu-da isə update haqda pəncərə çıxır, təsdiq edib etməmək sizdən asılıdır. Hər bir halda kompüter üçün datakart paketlərinin əksəri tez bitir, təkcə internet saytlara girməklə belə. 20-30 azn-liklərdən savayı

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ubuntuda Anbox proqramı açılmır.

Ubuntu haqqinda sual

Ubuntu 14.04 və problemlər

Oyunların Windows 7-dən Ubuntuya keçirilməsi

Ubuntu 12.04 videokart problemi

Bad sector ‘u necə təmizləmək olar?