Notebook yoxsa PC

Salam, mən pc almaq istəyirəm, bu paramtrdə 320 manata başa gəlir.  Amma bir tanışım var deyir notebook al. Kompaktlığı, rahat daşına bilməsi, elektrik enerjisi olmadıqda işləməsi kimi  musbət cəhətlərin deyir.  PC ində müsbət cəhətləri var. Zəhmət olmasa secimdə kömək edərdiniz.

Parametr:

CPU CORE I3-2130-3.4GH 

M/BOARD GIGABYTE GA- 77p-D3 

PCI-E 1024mb GALAXY GeForce GT640 DDR3 HDMI+DVI+VGA 128-bit
RAMM DDR 3 - 4Gb PC-1333MH 

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

gulesci999 (2013-06-13 19:33:24)
i4 prosessor olmur axi

Remonal (2013-06-06 13:45:22)
Sırf oyunçun men PC ni meslehet görürem.Notebook almag mence başağrısıdı.Notebook adeten iş adamlarına lazım olur.Notebookun bir iki özelliyini çıxsag PC nin Notebookdan coxda ferqı yoxdu.Hetta yaxşıdı. Eger yaxşı oyun komputeri isteyirsense en az 600 manatınnan keçmelisen.

Azear (2013-06-06 13:43:02)
İ4 prossesor hardan çıxdı?

Müşfiq Pirverdiyev (2013-06-06 13:37:58)
sizə komputer evdən başqa yerdə lazım deyilsə PC tövsiyyə edirəm. mənimdə notbukum var ama mənfi cəhətləri çoxdu tez qızır, bataryaynan zəif işləyir gərək toka taxıb işlədəsən. PC məncə mənfi cəhəti yoxdu yaxşı soyuda bilir sistemi. istədiyinizdə parametrləri dəyişmə imkanı var ...

PHP255 (2013-06-06 12:26:39)
Fikrimce ilk once siz komputeri ne ucun istifade etdiyinizi teyin edib sonra secim etmelisiz. Yuxarda yazdiqiniz parametrler oyunlar ucun zeifdi. Oyun ucun istifade etmeyeceksizse i4 prosessor , minumum 4Gb ddr3 ram kifayetdi mence.

Azear (2013-06-06 12:17:34)
Ehtiyacınıza görə dəyişir. Mənə görə PC yaxşıdı. Çünki ; Ekranı böyük olur isdədiyim oyunu rahat oynaya bilirəm, Mausunan daha çox işlətdiyim üçün daha rahat və surətli işləyə bilirəm, Ehdiyat hissələrinin dəyişdirilməsi notbuka nəzərən az xərc tələb iləyir, Eyni parametrlərdə PC Notebookdan daha ucuz başa gəlir, Çox vaxt notebooklardan daha keyfiyyətli olurlar Notebookunda üsdün cəhətləri var PC yə nəzərən notebook daha az yer tutur, İsdədiyiviz yerə daşıma imkanıvız var, Müasirlik baxımınna PC dən daha yaxşı görünüşe var. Seçim sizindi hansına gücüvüz çatır, hansına ehdiyacıvız var onuda seçib alın.

Doctor93 (2013-06-06 11:47:49)
Bunu bilirəm, notebookun nə mənfi cəhətləri var?

Ruslan Butdayev (2013-06-06 10:58:01)
Bu qiymete alacaginiz notebook eseblerinizi korlamaqdan bashqa hech neye yaramayacaq.. Notebook almaq fikriniz varsa min. 500AZN gozden cixarmaga haxir olan ki sora esebleriniz oynamasin..