paypalda qeyd olmadan ebaydan sifariş etmişəm

Salam. mən ebaydan bir neçə məhsul almışam gəlib.amma mən paypal da qeydiyyatdan keçməmişəm.bunun nə kimi zərəri ola bilər.birdə videocameralı qələm sifariş etmişdim gəldi gömrükdən buraxmadılar onun pulunu necə qaytara bilərəm paypalda qeydiyyatım yoxdur.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

valentin504 (2013-06-08 08:59:54)
doğrudur bəzi məhsullar paypal tələb edir amma məsələ bu deyil.video cameralı qələm sifariş etmişdim gömrükdən buraxmadılar

İlkin Əlizadə (2013-06-08 01:59:54)
Mən ebay-dan mal almamışdan əvvəl ebaydan alış-veriş edən bir nəfərdən soruşmuşdum ebaydan necə məhsul alırlar və PayPal qeydiyyatı lazımdır ? və o mənə demişdi ki , o özü PayPal-da qeydiyyatdan keçməyib sizin kimi yalnız plastik kart vasitəsilə alır , mən də ebaydan onun kimi alıram.Zərərinin olmasını deyə bilmərəm amma mən özüm indiyə kimi nə almışamsa PayPal hesabı vasitəsilə ödəniş tələb olunmayıb sizin kimi yalnız plastik kart vasitəsilə almışam amma PayPal vasitəsilə də ödəniş tələb olunan məhsullar da var çünki ebaydan bu cür məhsul alanlar da var.

valentin504 (2013-06-06 13:12:29)
Orda ödəniş etmə zamanı seçim gəlir plastik kartla və ya paypal ilə

Orxan Rajabov (2013-06-06 10:25:54)
Əgər Paypaldan qeydiyyatdan keçməmisinizsə ödənişi hansı yolla etmisiz ?

E. Hacı (2013-06-06 09:23:19)
Paypal olmadan demək olar bütün satıcılar ödəniş qəbul etmir axı. Bəlkə keçmisiniz fikir verməmisiniz? Qaldı gömrüyə, contact seller ilə satıcıya yazıb məsələni izah edin, qaytarsın.