Saytın qiyməti

Salam Belə sayt hazırlatmaq üçün nə qədər xərcim çıxar?Vergi verilməlidirmi? Kömək edən hər kəsə əvvəlcədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

E. Hacı (2013-06-11 10:29:26)
Söhbət skriptdən getmir, əgər sifarişçiyə sadəcə installed opencart lazımdırsa, onu 20-30 manata da edərlər. Söhbət LAYİHƏDƏN gedir. Çox adam ümumiyyətlə veb layihə nədir bu haqda təsəvvürləri yoxdur, elə bilirlər hər şey elə installed script deməkdir. Ciddi şirkətin gördüyü iş də ciddi olur. PSD, koding, programming, customizing, testing və.s. ilaxır mərhələlərə malik proses. Həvəskar sayt istəyən əvvəldə dediyimi edə bilər və heç vaxt da saytından gəlir götürməz. Ciddi layihə ciddi yanaşma, yatırım tələb edir. Təəssüf ki, çoxu düşünür ki məsələn facebooku Mark o vaxtı götürüb ideya ağlına gəlin saytın kodunu yazıb vəssalam. İlkin mərhələdə angel investorlardan alınan MİLYONLARLA yatırımdan xəbərləri yoxdur.

Azear (2013-06-10 21:05:13)
İsdəyirsən 50 manata hazırlıya bilərəm amma hosting və domain sənnən olacaq.

VendeTTA (2013-06-10 17:01:20)
Bu sayt pulsuz, open source olan OpenCart CMS üzərində yığılıb. 99% shopping saytlar da məhz bu CMS-də yığılıb. Qalır PHP, MySQL, Curl dəstəyi olan hostinq tapmaq və tərcümə etmək.

Ruslan Butdayev (2013-06-10 16:31:34)
belede ki illik 120 azn hoosting uchun cooxdur.70$ 150gb yer almaq olur keyfiyyetli hostingden eger ucua qacirsizsa. Shopping scripti tam olaraq hech vaxt pulsuz ola bilmez.. pulsuzdursa demeli nese vacib bir eksik hissesi var. ve ya nese shuheli bir terefi.. ciddi proekte pul xerclemek lazimdir.. qeyri ciddi yanashacaqsizsa he bu yolla getmek olar 300 500 manata..

Doctor93 (2013-06-10 14:35:27)
http://osc.az/ bu sayt kimisinin orta qiyməti az domeni 40azn illik hosting 100-120azn script (DLE,JOOMLA, və ya başqa Shopping scriptləri) 100-150azn ( buların çoxu pulsuzdu ama yığanda pul alınır)

Doctor93 (2013-06-10 14:32:17)
Keyfiyyet şübhəlidi diyəndəki onu yığan hansısa şirkətdə eyni scriptdən işlədəcək. ferq qiymətdə olacaq.

E. Hacı (2013-06-09 18:53:24)
Salam. Əgər Azərbaycan Respublikasında yaşayıb hər hansı iş fəaliyyəti ilə pul qazanırsınızsa, vergi verməlisiniz, fərq etmir internet işi, dükan ticarəti, ya xidmət sektoru. Bu tip sayt 0-dan bir az baha alınar, CMS-lərlə 1500-2000 civarı qiyməti olar ortalama. Daha profesional şirkət daha baha deyər təbii ki. Eyni zamanda da həvəskar developerlər də 500-600 deyə bilər bəlkə, amma o halda keyfiyət şübhəlidir.

Müşfiq Pirverdiyev (2013-06-09 08:27:37)
1.sualın biraz qəlizdi onu sayt düzəldənlərdən soruşun. əgər bir saytda satış varsa vergi verməlisən.