WordPress-lə bağlı bir neçə sual

Salam Cavablar.net əhli! 

Mən yenicə WordPress işlədirəm. Demək olar ki, heç bir məlumatım yoxdur!

Qabaqlar DLE işlədirdim. Dedim bəlkə WordPress yaxşıdır və keçdim WordPress"ə.

xahiş edirəm mənim bir neçə sualıma cavab verəsiniz:...

1. kateqoriyaları mən menyu ilə eyniləşdirmək, yəni, mövzu əlavə olunarkən onlar həm menyuda həm də, kateqoriyalarda olsun!

2. "daxil ol" bölməsində olan WordPress logosunu öz saytımın logosunu qoyum.

3.  WordPress saytının linki neçə ay qalmalıdır?(JohnCMS-də ki, kimi.)

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Mirza (2013-06-10 18:56:51)
Təşəkkürlər Elvin bəy!

Mirza (2013-06-10 18:56:03)
Təşəkkürlər!

E. Hacı (2013-06-10 15:25:04)
3. 0 gün. Dərhal götürə bilərsiniz. Wordpress GNU/GPL-dir, istədiyiniz şəklə sala, hətta CMS-in adını da dəyişə bilərsiniz. Heç bir məhdudiyyət yoxdur istifadə və fərdiləşdirmədə

Tural Əlisoy (2013-06-10 12:51:10)
1-ci sualın cavabı belədir. Siz yeni yazı əlavə edərkən kateqoriyanı seçirsiz. bu isə avtomatik eyni adlı menyuya düşür. menyunun işləmə funksiyası belədir. siz kateqoriyalar yaradırsız və bu kateqoriyaların saytda görünməsi üçün menyu köməyindən istifadə edirsiniz. bu belə 2-ci sualınızın cavabı http://www.plulz.com/modify-the-login-logo-image-url-on-your-wordpress-login-form 3-cü sualınızı isə anlamadım

Mirza (2013-06-10 12:47:05)
2. “daxil ol” bölməsində olan WordPress logosunu öz saytımın logosunu qoyum bu sualın cavabını özüm həll etdim!

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

WordPress: meta box içinə custom field yerləşdirmək

WordPressde Azerbaijan srifti

WordPress-də qeydiyyat problemi

WordPressdə Categories

wordpress wp_mail

WordPress post daxilində olan fayla icon vermək