Əgər sayt Azərbaycan dilindədirsə necə pul qazanmaq olar ?

Salam Aleykum məsələn mən Azərbaycan dilində 1 sayt açmışam və bu sayta necə reklam qoya bilərəm. Google Adsense də

mütləq ya rus ya Türk ya da ingiliscə olmalıdı. Mənim saytımda Azərbaycancadır mən hardan reklam götürə bilərəm ?

Hər kəsə Təşəkkürlər

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

E. Hacı (2013-06-23 21:51:17)
Öncə rus ya ingilisdilli bir sayt adına adsense qeydiyyatdan keçirirsiz, sonra reklam kodlarını az. dilli sayta qoyursunuz.

Riko (2013-06-23 20:46:42)
dolayi yollla deyərkən nəyi nəzərdə tutursuz?

yusif_9a (2013-06-10 17:49:48)
Başa düşürəm hələlik elə belə qoymaq istəyirəm. Ama hələlik ozumu inkişaf elətdirməyə çalışıram. Hələlik istəyirəm statik sayt düzəltməyə inşAllah php ni yaxşı öyrənəndən sonra yaxşı olar. Təşəkkürlər.

E. Hacı (2013-06-10 10:19:02)
Salam. Azərbaycanca sayta adsense qoymaq olar dolayı yolla, amma gəliri çox aşağı olur. Saytın monetizasoyası təkcə banner demək deyil. Siz əgər yeni başlayırsınızsa, pulu indi düşünməməlisiniz. Durduq yerdə heç kim nə pul verər, nə fayda. Bu fikri bir kənara qoyaraq ciddi və faydalı bir layihə işləməyə çalışın, layihə geniş kütlə yığandan sonra o qədər pul imkanları yaranacaq ki, öncədən ağlınıza gəlməyən. Sponsorluq, müsabiqələr, yerli reklam bannerləri, istifadəçilərə nəsə satmaq, hansısa real əşyaları sayt üzərindən satıb faiz götürmək və.s. Baxır saytınızın istiqamətinə. Bir sözlə, pulu hələ ki unudub ilk öncə normal layihə işləyin, sonrası özü alınacaq.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

cavablandıra bilərsiz ki DDOS, grab, trafik nədir?

Abunə olduğum saytlardan necə imtina edə bilərəm?

Kimya haqqında sayt yaratmaq istəyirəm.

Domain almaq

Sayt açmaq istəyirəm?

Saytdan gəlir əldə etmək üsulu