192.168.1.0 /24-in izahını versəydiniz şad olardım

CCENT imtahanına hazırlaşıram,material ingiliscədir,bir mövzuda çətinlik çəkirəm,subnet,konkret bu formatda olan adresin izahını lazımdır 192.168.1.0 /24    ,bilən varsa zəhmət olmasa aydın izah elesin. Çcx sağ olun

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Pavel (2013-06-14 22:39:02)
Vendetta,çox sağ ol qardaşım,ALLAH razı olsun,aydın izah etmisiz Mən dəki material Official cert guide CCENT 640-822-dir pdf formatda

black_09 (2013-06-14 21:04:53)
Pavel səndəki material elektron formadadır?

VendeTTA (2013-06-14 20:36:58)
134.77.168.143/27: 1. Şəbəkə ünvanı 134.77.168.128 2. Broadcast ünvanı 134.77.168.159 3. Mövcud ünvanlar 134.77.168.129 – 134.77.168.158 4. Şəbəkə maskası 255.255.255.224 27-ni başa düşmək üçün binar saylar (ikili saylar) haqqında ilkin məlumatlar olmalıdır. Ona görə də mümkün qədər sadə dildə yazacam ki, aydın olsun. Ruslanın da yazdığından əslində aydın olmalı idi. Subnet maska binarda yazılmış 32 bitdir. 11111111.11111111.11111111.1111111 <-- burda birləri toplasaq 32 alarıq. Bizim misalda subnet maska 27 bitdir. Bunu binarda yazsaq belə alınar. İlk üç oktet 24 bit olduğu məlumdur. Qalır 3. 3-ü isə 11100000 kimi yazırıq. 11111111.11111111.11111111.1110000 = 8 + 8 + 8 + 3 = 27 Bu sadə düsturu yadda saxla 128 + 64 + 32 + 16 + 8 + 4 + 2 + 1 = 255 ilk 3 oktetdə 8 bit tamdır. Deməli hər biri 255 olacaq. 4-cü oktetdə ilk 3 bit bərabər olacaq buna 128 + 64 + 32 = 224 Deməli maska oldu. 255.255.255.224 Diapazon və broadcast yəqin ki aydındır. Sonuncu 1-imiz 32-yə uyğundur. 32-yə bölünən 143-ə ən yaxın rəqəm 128-dir. (128 - 159) 32 ədəd host . 128 subnetdir, 159 isə broadcast. Deməli hər subnet üçün maksimum 30 host düşür. Qalır 129 - 158 diapazonu. 134.77.168.129 – 134.77.168.158 Bir az qarışıq görünə bilər. Amma bir az praktika etsən aydın olacaq.

Pavel (2013-06-14 18:03:29)
Sizin izahınız bu misalda(192.168.1.0 /24) tam aydın oldu,çox sağ olun,ama bu misalda 134.77.168.143 /27 27ini nece başa düşmək olar?təşəkkürlər

VendeTTA (2013-06-14 11:57:15)
192.168.1.0 /24: 1. Şəbəkə ünvanı 192.168.1.0 2. Broadcast ünvanı 192.168.1.255 3. Mövcud ünvanlar 192.168.1.1 - 192.168.1.254 4. Şəbəkə maskası 255.255.255.0

Ruslan Butdayev (2013-06-14 11:42:58)
192.168.1.0 /24 Sebeke(network): 192.168.1.0 bu sondaki 0 ededi shebekeni (setk, network) bildirir. /24 ise : maskanin 24 bit oldugunu .. yeni 255.255.255.0 oldugunu. her 255 8 bitdir. eger 192.168.1.0/16 olsaydi onda 255.255.0.0 olacaqdi ve ya 192.168.1.0/8 olsa 255.0.0.0 olacaqdi. Bu saylari hesablaminin dusturu var yeqin ki hemin kitabda bu hisseye gelmemishden evvel oxumususz.. 1 ve 0 dan ibaret saylarla izah olunur..

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

İP adresi Qərb ölkəsinə keçirtmək

subnet mask

İp Address

IP haqqında