Saytda “Ə” hərfinin düzgün yazılması

Salam.Mən türkcə olan bir skriptin dilini Azərbaycancaya tərcümə eləməy isdəyirəm amma tərcümə eləyənnən sonra yazıdakı "ə" yərfi obirilərinnən seçilir.Aşağıdakı şəkildə necə seçildiyin görə bilərsiz. Bunu necə düzəldə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (6 cavab var)

Elmaddin (2013-10-21 14:08:13)
Bunun üçün saytın html kodlarında və css-ində fontları ARİAL yazmalısan. p { font-family:"Arial; } kimi yazmalısan CSS-də və ya HTML-də.

Hüseyn Əliyev (2013-06-16 00:06:42)
Cavabıva görə sağol.Amma sən problemin həllini deməzdən əvvəl bu sualı həlledilmiş saymışdılar.Nəysə, əsas olan lazım olan cavabın verilməsiydi.Köməyivə görə sağol.

Tural Əlisoy (2013-06-15 23:28:17)
bunun üçün cssdə fontu dəyişməlisiz. css bilginiz varsa yəqin ki, bunu həll etmək çətin olmaz. http://www.w3schools.com/css/css_font.asp http://www.w3schools.com/CSSref/pr_font_font-family.asp Probleminizin səbəbini və həll yolunu dediyimiz üçün sual həll edilmiş kimi sayılır.

Hüseyn Əliyev (2013-06-15 22:03:46)
Bu mövzuya kim həll edilmiş işarəsi qoyub?Mənim sualımın cavabı hələdə verilməyib.

Hüseyn Əliyev (2013-06-15 20:49:37)
Bəs bunun düzəlməsi üçün nə eləyə bilərəm?

Tural Əlisoy (2013-06-15 20:40:57)
Salam. Bu istifadə olunmuş fontla əlaqəli bir şeydir. Bəzi fontlar "Ə" hərfini dəstəkləmir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Sayt yaratmaq

Alış veriş saytı qurmaq üçün məsləhət

Sayt vasitəsi il pul qazanmaq.

Sayt ve adsense

Hansi pulsuz sayt açma servisi daha yaxşı hosting verir ?

Web Builder 7 ilə saytda bölmə yaratmaq