online ödəmə

Salam. Mən www.tonysurridge.co.uk saytınnan iki kitab almaq istəyirəm, unibankın Visa kartı ilə ödəmə etmək istədim ama yazıldı ki "bank tərəfindən rədd edilir". bunun səbəbi nə ola bilər? hesabımdakı pul manatladı ama ora GBP ödənməlidir. kartın məlumatlarını qeyd edəndə ordan özləri məzənnəyə müvafiq olaraq manatla cixirlarmı? yoxsa GBP tələb olunursa mütləq hesabımdakı pulu o valyutaya çevirməliyəm? Və əgər ödəmənin alınmamasının səbəbi bu deyilsə başqa nə ola bilər?

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

E. Hacı (2013-06-29 01:32:30)
Salam. Valyuta problem deyil, özü çevrilir. 1. Bank hesabınızda pul kifayət qədər deyil 2. Kartın məlumatlarını səhv daxil edirsiniz 3. Kartınızın beynəlxalq ödənişi qapalıdır. Hər bir halda banka zəng etsəniz cavabı deyərlər.