Adsense çekləri

Salam. Mən də web programlaşdırma ilə məşğul oluram. Bir neçə ildir müxtəlif məşhur saytlarım var və onları idarə edirəm. Adətən oyun, online kino tipli saytlar və xəbər saytları açdığımdan adsense işlədə bilmirdim. ilk 2-si adsense qaydalarına zidd olduğuna görə, xəbər saytı isə Azərbaycan dilini dəstəkləmədiyinə görə. İndi Türkcə bir sayt yaradıram, məlumatlar da Türkcə olacaq və adsense reklamları yerləşdirmək istəyirəm. Lakin bilmirəm adsense çeklərini Azərbaycana göndərir ya yox. Bəziləri deyir göndərirlər, bəziləri isə deyirlər yox. Göndərir deyənlər isə çeki dəyişmək çox xərc aparır deyirlər. Məsələn 100$ lıq çekə 50$-60$ istəyirlər kimi. Biraz araşdırma etdim, bu səhifəni tapdım amma burda Azərbaycan adı yoxdur (https://support.google.com/adsense/answer/1316738?hl=tr&ref_topic=1316578) Bilənvarsa cavablandırsın xahiş edirəm.

Verilmiş cavablar və yazılan şərhlər (24 cavab var)

R.REVAN (2014-10-06 22:37:15)
men bu sehveni tapa bilmirem adsensede nece tapmaq olar?

Həsən Ağa (2013-11-14 09:20:21)
Düzdü raportlarda göstərilən valyutanı dəyişmək olmur. https://support.google.com/adsense/answer/139783?hl=en Amma ödəmədə olan valyutanı dəyişmək olur. https://support.google.com/adsense/answer/157660?hl=en http://img41.imageshack.us/img41/8306/mlf9.jpg Məsələn məndə qazancı evro ilə göstərir amma çek dollarla gəlir. ps. Zəhmət olmasa aşağıdakı reply etmədiyim mesajları silərsiz.

Həsən Ağa (2013-11-14 09:17:36)
http://img41.imageshack.us/img41/8306/mlf9.jpg

Həsən Ağa (2013-11-14 09:13:21)
Düzdü raportlarda göstərilən valyutanı dəyişmək olmur. https://support.google.com/adsense/answer/139783?hl=en Amma ödəmədə olan valyutanı dəyişmək olur. https://support.google.com/adsense/answer/157660?hl=en Məsələn məndə qazancı evro ilə göstərir amma çek dollarla gəlir.

E. Hacı (2013-11-13 21:10:38)
Valyutanı dəyişmək olmur. Yox əgər olursa lütfən linkini verin

Həsən (2013-11-13 17:46:22)
Mən dollarla işləyirəm. cəmi 1% komissiya tuturlar. Evro ilə çox tuturlarsa valyutanı dəyişib dollar edin.

E. Hacı (2013-11-01 09:09:12)
Bəli, 50 euro komissiya tutub 950 sizə verəcəklər. Standart, Kapital, AGbank və.s. Unibank-da da var, amma orda 100$-dır tutulan məbləğ.

Xocan (2013-10-31 20:27:01)
Salamalar. menim adsense hesabimda 1000 euro olsa eger men hansi bankdan o ceki pula cevirmeliyem? banklar bunun ucun pul alacaq?

Nihad Abdullayev (2013-07-12 11:02:12)
Azərbaycanda vv. union var amma google Azərbaycana ödəmə etmir axı? Bu listdə ödəmə edilən ölkələrin siyahısıdı: https://support.google.com/adsense/answer/1316760?hl=tr#n1

E. Hacı (2013-07-12 10:42:16)
Eger proseduru bilirsinizsə lütfən yazın hamı faydalansın. Əks halda istifadəçiləri çaşdırmayaq. Adsense ödəniş bölməsində iki seçim var. Çek və EFT. Ikinci ancaq birbaşa bank hesabına və dəstəklənən ölkənin bankına göndərilir. Ona görə də Azərbaycandan açılan hesabla o bölməni aktivləşdirməyə cəhd belə etmək olmur. P.S. Western union ilə adsense əməliyyatı ancaq bir neçə ölkə üzrə dəstəklənir. Təəssüf ki bizim ölkə siyahıda yoxdur.

Nihad Abdullayev (2013-07-12 10:29:26)
Uje sən aldın? Necə aldın Uniondan? Bəs səndə çek gözləyirdin axı?

Riko (2013-07-12 06:46:10)
nə çek?western unionla nağd alın pulu!

DieHard (2013-07-04 00:45:12)
youtubede men pul qazanmaq bolumun tapa bilmedim 1de ölke deyişdirmek biri başa sala biler hardan edim?

E. Hacı (2013-07-03 00:44:27)
Bank standartda euroda girov 50 euro, faiz 30euro və ya 5%.muddet 2aya qədər. Siz deyən dollara aiddir.

LepactDeloup (2013-07-02 22:24:23)
uje uzun mesele oldu )

Nihad Abdullayev (2013-07-02 22:21:44)
ölkə seçiminin fərqi yoxdu. Youtube'da bu bölməyə girən kimi heçnə açılmır. Təkcə yazı çıxır ki hələ ki sizin ölkənizdə dəstəklənmir

LepactDeloup (2013-07-02 22:15:31)
Amerika Sec kanali adsense Azerbaycan Olsa Besdi

Nihad Abdullayev (2013-07-02 22:12:01)
Azərbaycanda yaşayırsınız? Mən youtube da bu bölməyə girən kimi yazdı ki sizin regionunuzda bu dəstəklənmir. Bəs siz necə qazanırsınız? (http://www.youtube.com/yt/partners/index.html) Ətraflı yaza bilərsiz?

LepactDeloup (2013-07-02 22:00:47)
1 milyon baxis 1000 $ di texmini sen saytnan aya 1000$ qazana bileceksen ? Youtubede bextin getirse 1 gunede qazana bilersen Men qazaniram aya 500-600 evro getdikcede artir milyon baxis olmagina ehtiyac yoxdu niche kelime sohbeti var plus 200.000 - 300.000 baxisda besdi ayliq

Nihad Abdullayev (2013-07-02 21:28:22)
Youtube'dan pul qazanmaq Azərbaycanda dəstəklənmir. Həm də ki youtube'dan normal qazanc üçün milyonlarla baxış sayın olmalıdır

LepactDeloup (2013-07-02 21:14:56)
Azerbaycanda Saytnan pul qazanmaq cetin meselede tak cto Youtube meslehetdi Cek gelmeyine gelecek poct indexini duz yazssaniz Negdlesdirmeye Qalanda Bank Standart 1 ay dan sora pulunuz gedb goturusunuz ilkin odenis 20 $ ve yaxud 20 Evro cekin 1%

E. Hacı (2013-07-02 00:54:29)
Mən illərdir alıram (6 il,) uzun və zəhlətökən prosesdir. Yaxşı olar çeki hər ay məsələn 80-100$ yox, hər dəfə iri məbləğə çatanda sifariş edəsiz googledan. Məsələn 1000$olanda. Cunki bankarimizda zülmdür nəqdləşdirmə prosesi. Haqqı yüksək (bir ceke görə 30-100$ arasi) müddət də uzun, azı 1.5-2 ay.

Bextiyar Azeroglu (2013-07-02 00:46:24)
menim sinifyoldawimin video sayti varidi. google reklamlari qoymuwdu pul yigildi chek teleb eledi. chek gelende ise bankdan gedib aldi pulunu (duzdu birinci defe chek gelende biraz uzun chekir pulu almaq ama sonrada duzelir)

Riko (2013-07-01 16:00:17)
qaqaş taleyimiz birdi məndə türkçə sayt açmişam http://www.rikoaze.net/ adsense reklamları aktivdi pul tamam olsun görək başimiza nə gəlir

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

SWIFT Sənəd nədir-Adsense

Adsense saytın təsdiqlənməsi

Google adsense gəliri

Adsense, Admob

Adsense test ödəmə gəlmədi

Adsense reklamları görünmür