Salam. Məndə Ebayda mobil nömrəm görsənmir, nömrənin yerinə məsələn : (99X) XXXXX717 belə birşeydi. Mal gələndə də üstündə nömrəm yazılmır. Mən necə edə bilərəm ki, nömrəm görsənsin ?
Salam. Məndə Ebayda mobil nömrəm görsənmir, nömrənin yerinə məsələn : (99X) XXXXX717 belə birşeydi. Mal gələndə də üstündə nömrəm yazılmır. Mən necə edə bilərəm ki, nömrəm görsənsin ?
Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)
1
Salam
Bu sualı mən də vermişdim.Orda hesab tənzimləməsində telefon nömrənizi hər iki yerdə yazıb təsdiqləmək lazımdır nömrə isə sualda yazdığınız kimi görünməlidir.
Birinci dəfə ebaydan mal alanda telefon nömrəmi bir satıcı qeyd etmişdi malın üzərində digər üçü isə yox amma heç birinə ismarıc yazmamışdım telefon nömrəmi qeyd etsinlər deyə , deməli digər üçü də yaza bilərdilər.Satıcı nömrəmi malın üzərində qeyd etmədiyinə görə mal gəlib poçtda qalmışdı sonra özüm poçtdan maraqlandım malı götürmək istəyəndə dedilər bir həftədi mal gəlib amma üzərində nömrə olmadığına görə mənə zəng edə bilməyiblər malı götürəndə lazım olan puldan yəni ki , qaydaya görə verməli olduğum puldan daha çox pul istədilər amma dedim gördülər ki , bundan xəbərim var ona görə artıq pul verəsi olmadım.
Mal alandan sonra satıcıya ismarıc yazın ki , malın üzərində telefon nömrənizi qeyd etsin.
0
mobil nömrə isə bu cür olmalıdı məsələn:07XXXXXX17
0
Ilkin, mən də əvvəllər nömrə görsənirdi, sonra ünvanı dəyişdim dostum üçün Gürcüstana zakaz verirdim, əvvəllər həmişədə aldığım mal gələndə üsdündə nömrəm yazılırdı. Dotum üçün zakaz verəndən sonra yenidən öz adresimi yazdım, o vaxtdan başladı nömrə görsənməməyə indidə mal gələndə üsdündə nömrəm yazılmır, sadəcə poçdakı qız artıq məni tanıdığı üçün nömrəmi bilir zəng vurur mənə.
Sual verin
Cavab verin