Saytda hərif problemi

Salam.Mənim saytımda Ə hərfi digərlərindən seçilir.Yanı onların içində yaxşı görünmür.Buda saytın keyfiyyətini düşürür.İsdəyirəmki ə hərfini dəyişib e hərfinin tərsi kimi eləyəm.Bunu necə eləyə bilərəm və sizcə hərfin bu cür olmasında problem nədədi? Mənim bu işlərdən çox başım çıxmır amma fikirləşirəmki fontda problem var.Fontu dəyişərsəmsə düzələr.Siz nə məsləhət görərdiz?

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Hüseyn Əliyev (2013-07-08 17:24:15)
Bəs mən Azərbaycanca hərflər olan fantu hardan tapa bilərəm :(

E. Hacı (2013-07-08 11:32:23)
Əlbəttə. Saytın cssndə müvafiq dəyişiklik etmək gərək

Hüseyn Əliyev (2013-07-08 02:14:30)
Əgər mən ə hərfinin düzgün olduğu font yükləsəm onda bu problem düzələr?

E. Hacı (2013-07-08 01:30:18)
Əksər əcnəbi fontlar bizim hərfləri(xüsusən ə) dəstəkləmir deyə ya heç görünmür, ya da pis görünür. Font creator tipli proqramlarda redaktə edilməlidir o fontlar, e hərfinin tərsi kimi yeni hərf əlavə edilməlidir. Bu post-da xeyli belə əcnəbi redaktə olunmuş fontlar var: Şriftlərdə çatışmayan "Ə" hərfinin düzəldilməsi