Keçid balları – kompyuter mühəndisliyi və kompyuter elmləri

Salam bu sual biraz kompyuter mövzularından kənar, biraz isə yaxındır. Amma cavablandırılmağı mənim üçün vacibdir və xahiş edirəm silməyin sualı.

Abituriyent 3 də 2012nin keçid ballarına baxırdım. Burada Qafqaz Universitetində kompyuter mühəndisliyinə keçid balı 2 dəfə verilib, birində 622 dir, digərində 209. Amma yanına ingilis dilli dərs və ya Azərbaycan dilli dərs yazılmayıb. Yəqin 622 ingilis dilli olar. Sualım isə budu ki, 209 balla Qafqaza özü də kompyuter mühəndisliyinə necə qəbul olmaq olur ki?  İmtahanlarda 450 bal yığıram, amma bununla Qafqaza düşə bilərəm ya yox onu bilmirəm. Pullu və ya pulsuz fərqi yoxdur, qəbul ola bilərəm?

Birdə ki, universitetlərdə kompyuter mühəndisliyi və kompyuter elmləri ayrı-ayrıdır. Bəzilərində kompyuter mühəndisliyinin balı daha yüksək, bəzilərində isə elmləri daha yüksəkdir. Programçılıq üçün bunlardan hansı daha yaxşı seçimdir? Mənim bildiyimə görə kompyuter elmləri biraz daha çox riyaziyyata tərəf əyilir.

Və sonda, təbii ki ən yaxşısı Qafqazdır, amma o olmasa kompyuter mühəndisliyi üçün hansı universitetlər daha yaxşıdır? (BDU, Neft Akademiyası, Az Texniki Universiteti və s.)

 

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Karanlık Gece (2018-05-15 00:08:49)
Men ozum uşaqlıqdan proqrm dileri dizayın sistem ve güvenik sosiyal muhendisligi orgemişem ders üzü acmışam indi men 1 ce oxumadığıma gore bura gre blmerem :((((

Nihad Abdullayev (2013-07-14 11:43:13)
Aha mən də bunu soruşurdum, yəni yığdığım balla Qafqazda Azərbaycan dilinə 90% daxil ola bilərəm (450-500)

cavid639 (2013-07-13 20:35:06)
qafqaz universiteti ingilis dili komp muhəndisliyi məhdud sayda(20) tələbə qəbul edir kecid bali isə 667 idi kecən il ama az dilinde kecid 200 den bir az yuxari olur

Drago (2013-07-09 23:15:02)
beli.

Nihad Abdullayev (2013-07-09 22:51:49)
Ümumiyyətlə keçid balı odur ki, yəni keçən il bu balı yığaraq qəbul olan olub?

Drago (2013-07-09 17:42:25)
Bunun hec kes deqiq deye bilmez. Abuturiyentlerin Qafqazi vermesinden asilidir. Sadece kecen ile muqayisede demek mumkundur.

Nihad Abdullayev (2013-07-09 17:40:32)
Yeni bele cixir ki 400-450 balla qafqazin pullusuna daxil ola bilerem?

Drago (2013-07-09 10:05:07)
Salam sizin baxdiginiz jurnal kecen ile aid oldugundan bu neticeler ondan evvelki ilin kecid ballaridir. Kecen ilki kecid balini gormek ucun qagqaz universitetinin saytina baxin orda var. Siz cox guman ki kompyutre muhendisliyi ixtisasinin azdiline 90 % , ingilis dilli ixtisasinin ise pullusuna gire bilersiniz. Saytda yazilan en kicik bal kecid abal olsa ad bu dovlet sifarisinin son kecid bali deyil. Cunki onlarin hamisi qafqazi yazmaya biler. Amma basqa variyant var ki qafqazda ixtisas deyisme var. Sexsen ozum istifade etmisem

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Bakıda harda işlənmiş ucuz kompyuter detalları tapmaq olar?

İT haqqinda məsləhət

komputerim çox zəifləyib

Kompyuterimin videokartını necə oyrənə bilərəm ?

Work and travel üçün nə qədər xərc tələb olunur?

Microsoft Dream Spark və AzTU