Video klip hazırlamaq üçün proqram

Salam. Men klip hazırlamaq istəyirəm. Slaydşou kimi yox. Bir neçə kadr çəkmişəm və mahnı ilə normal bir klip hazirlamaq istəyirəm. Hansı proqramla daha yaxşı alınar?

Verilmiş cavablar və yazılan şərhlər (10 cavab var)

Emil Sahinoglu (2014-11-24 00:24:08)
After Effects montaj programi deyil.O effektler yaratmaq ucundur.Videomontaj ucun Abode firmasinin Premier programi nezerde tutulub.En asan,funksional ve basadusulen videomontaj programi Sony Vegas Pro-dur.Canopus Edius programi da var amma o Vegasa nisbeten bir az qelizdir.

Ask_CiceyiNem (2014-06-16 10:08:52)
Movie maker. Video show. Video maker var onlar pis deyil

Romantik89 (2013-07-09 15:05:30)
qardaş mənədə marağlıdı bu lütfən dediyiniz programın videosunu qoyardızda

RZALI (2013-07-09 11:37:34)
proshow producer yaxşı proqramdır

Romantik89 (2013-07-09 00:36:11)
öz dilimizdə bu programın videodərslikləridə olsa yaxşı olar

Nihad Abdullayev (2013-07-08 22:15:43)
Mən Adobe After Effects işlədirəm, amma sizin üçün bundan başlamaq çox çətin olacaq. Həddən artıq qəlizdir və rendering prosesi də 5 dq lik video üçün 2 saat çəkir (təbii ki keyfiyyətini yüksək tutanda.). Movie maker də isə çox sadədir və elə də çox funksiya yoxdur. Ən yaxşısı Sony Vegas dır. Həm After effectsə görə daha sadə və başadüşülən, həm də movie maker ə baxanda qat-qat daha funksionaldır. Özət: Sony Vegas.

Azerbaycan (2013-07-08 20:52:59)
Adobe After effect yaxşıdır amma siz hazırlayacağınız sadə şeyə oxşayır onun üçün movi maker işlədin o çox sadə proqramdır asan olar

İsrafil sadixov (2013-07-08 18:07:38)
Buyur

SPIDER_8584 (2013-07-08 18:05:13)
Təşəkkür edirəm

İsrafil sadixov (2013-07-08 14:50:28)
Adobe After Effect burdada video dərsliklər var

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

2000-ci illər də olan azəri estradası tapılmayan klip.

Klip adını tapmaq

Bu video necə hazırlanır?

Ən sərfəli klip hazırlamaq programı hansıdır ?

Şəkillərdən klip yiğmaq