Galaxy s5830i telefonunda ekran parolunu unutmuşam

Salam 
Galaxy s5830i telefonunda ekran parolunu unutmuşam.Buna görə də telefona daxil olmaq olmur.
Mən həmin parolu necə öyrənə bilərəm və ya bu mümkün deyilsə parolu necə ləğv etmək olar ?
Xaiş edirəm bilənlər cavab yazsın , çox vacibdir.

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

SPIDER_8584 (2013-07-11 01:05:08)
Dəyməz. Buyur

İlkin Əlizadə (2013-07-11 00:33:58)
Çox sağ ol.

SPIDER_8584 (2013-07-11 00:01:58)
Xeyr telefonun öz proqramları silinmir. Play marketden sonradan yüklənənlər silinir.

İlkin Əlizadə (2013-07-10 20:57:36)
Bilirsiz mən necə deyirəm məsələn telefonun menyusunda olan kalendar , radio , YouTube , play market , Qalereya , Zametki yəni ki bunlar da silinəcək ?

SPIDER_8584 (2013-07-10 20:43:44)
Telefondakı bütün məlumatlar silinəcək. Dükandan alanda necə idisə elə olacaq

İlkin Əlizadə (2013-07-10 17:25:42)
Cavablar üçün çox sağ olun.Bilmək istəyirəm App-lar yəni ki yalnız play market-dən yüklədiyim App-lar silinəcək ?

Tural Əlisoy (2013-07-10 11:35:36)
Salam. Şifrəni bir neçə dəfə səhv daxil etdikdə orda sizə telefonunuza daxil etdiyiniz mail ünvanı vasitəsilə şifrənizi əldə edə bilərsiniz. Əgər edə bilməsəniz yuxarıda göstərildiyi kimi edərək şifrəni ləğv edə bilərsiniz. Ancaq yüklədiyiniz applar, mesajlar silinəcəyini unutmayın

SPIDER_8584 (2013-07-09 19:29:43)
Bunun üçün telefonu söndürün. Yaddaş kartını ayırın. Ses qaldırma , menyu və yandırma düyməsini eyni anda sıxıb saxlayın. Xüsusi boot menyuya daxil olacaqsınız. Həmin menyudan wipe data/facrory reset seçin. Daha sonra no yes suakına yes cavabı seçin. Daha sonra reboot system now seçin. Telefonunuz açılacaq. Bu əməliyyatdan sonra telefonun yaddaşındakı bütün məlumatlar silinəcək

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Wifi Parol

Twitter Apps parol

Mail parol

2 gb Micro SD kartim parola dusub.

request.getRequestDispatcher

Nokia 6300 modelində unudulmuş pin kodun bərpası necə olur?