Windows 7 password

Salam. Windows 7-də klaviaturada 3 dil işlədirdim (EN,AZ,RU), parolu təsadüfən dəyişdim, dəyişdim parolun içərisində "W" hərfi də mövcud idi, lakin boot etdikdən sonra menyuda yalnız AZ və RU hərflərinin qaldığını gördüm, təbbi ki bunların içərisində W olmadığına görə parolu yığa bilmirəm. Onu da bildirim ki account "administrator" statusundan olan accountur. Hansı yolla parolu yğmağı (və ya ləğv etməyi) təklif edərsiniz?

Öncədən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

VendeTTA (2013-07-12 14:04:23)
Belə hallarda heç bir proqrama və ya şifrəni sıfırlamağa ehtiyac yoxdur. ASCII simvollardan istifadə etmək olar. Yazmaq qaydası: 1. ALT düyməsinə sıxıb saxlayırıq 2. Müvafiq kodu yığırıq (Məsələn, böyük W üçün 87) 3. ALT düyməsini buraxırıq və nəticəni görürük. Kiçik w hərfi üçün ALT + 119 yığmaq lazımdır.

Alibeyov (2013-07-12 10:19:56)
Salamlar, HirensBootCD məsləhət görərdim. ətraflı məlumat: burada

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Silinmiş və ya da İtmiş Faylları necə tapa bilərəm .(ÇOX TƏCİLİ)

PRAETORIAN.exe

windows 8.1 də komputer baglanmır

Ali express

Proqram Şirkətləri Crackın Qarşısını Niyə Ala bilmirlər?

Komputerdə Windows oyunları