Android üzərində Windows Phone 8

Salam, mənim HTC One X android qurğum var. Uzun müddətdir ki, windows phone 8 əməliyyat sistemini bu qurğu üzərinə qurulması haqqında düşünürəm və araşdırmalar edirəm. Ancaq bir nəticə yoxdur. Öyrəndiyim tək şey isə Android qurğularının heç birinə Windows Phone əməliyyat sistemini yükləməyin mümkün olmadığı, çünki bu qurğuların spesifikasiyalarının və texniki  (hardware) göstəriciliərinin buna imkan vermədiyi olmuşdur. Youtubeda bir video ilə rastlaşdım ki, bu videoda Android əsas əməliyyat sistemi kimi kompyuter üzərində işlədilirdi. Heç bir SDK və ya Emulator tələb olunmadan, səlis bir çalışma hiss olunurdu. Android üçün Windows, Linux, Unix emulator-lar var. Elə düşünürəm ki, əgər videoda kompyuterə yüklənmiş windows phone surətini tapsam android üzərində emulator vasitəsilə bunu çalışdıra bilərəm. Başqa bir neçə fikirim və iradım var. İradım: Niyə görə bir çox non-android (əsasən də windows mobile) qurğuların üzərinə android yükləmək olur, lakin heç bir android qurğuya  windows phone os yükləmək olmur. Bunun izahını xaricilərmənim ARM v7 prosessorumda görürlər. Ancaq ümidim hələ də tükənməyib. Emulator üzərindən android qurğumda yuxarıda göstərilmiş  yolla windows phone os işlədə bilərəm və bu işdə mənə kim kömək edə bilər?
Əvvəlcədən təşəkkürlər...

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

Namiq Bəndəli (2013-07-24 10:06:11)
Sırf interfeys baxımından lazımlıdırsa, bir sürü launcher-lar, widget-lar və s. var. 7 widgets home Seven+ WP7 Calculator Metro Messaging WP7 Email WP7 Phone (Dialer) WP7 Contacts WP7 Lock WP7 Notifications və s. Yüklə hamısını, telefonun olsun WP ))

E. Hacı (2013-07-20 13:14:10)
Android open source dur axı səbəb budur. Istənilən telefona flash edib test edirlər pis yaxşı. Amma məsələn WP 8 source code sizdə varmı? Yəqin ki yox.

Nurlan Mehdiyev (2013-07-20 01:28:31)
telefonuvu sat evezine windows phone 8 emeliyyat sistemli telefon al :)

Heyder (2013-07-19 21:31:16)
Doğrudur, müqayisə olunmayacaq dərəcədə fərq var aralarında, ancaq bu məsələ prinsip halını qalıb mənim üçün :D Həm də bu məsələ təkcə mənim yox minlərlə istifadəçini narahat eləyir. İstərdim ki, bunun həllini tapım :)

E. Hacı (2013-07-19 21:23:54)
Yəqin ki mütəxəssislər cavab verər. Amma mən bir sual verim. AXI NİYƏ? :) ölü doğulmuş bir sistemi Android əvəzinə try etməkdə məqsəd nədir çox maraqlıdır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android 4.4.2

Android yazdım, çətinlik olmaz

Google android planşeti

Samsung galaxy s3 unroot

Nokia Lumia 920 Artıq Mobiteldə Satışda. Qiymət sərfəlidirmi ?

Android beyin yenilənməsi