Brauzerlər işləmir

Belə bir problemlə qarşılaşmışam. Demək, internet normaldı amma brauzerlərin heç biri internetə girmir. Girəndə də bəzən 1-2 sayta girir qalanlarına yox. Skype isə problemsiz işləyir.

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

Emil (2013-07-28 13:20:33)
Təşəkürümü bildirirəm. Dediyiniz kimi etdim. Brauzerlər bir az ağır da olsa artıq işləyir. Çox sağ olun))

VendeTTA (2013-07-27 18:26:25)
1. Sizin xətlərdə problem var. Provayderinizə zəng edin yoxlasınlar. Skype çox aşağı keyfiyyətli xətlərdə də işləyə bilir, 2. Bundan başqa Skype serverlərlə domen adları olmadan, sadəcə ip-lərlə işləyir, ona DNS lazım olmur. Ola bilsin provayderin DNS-lərində problem var. Панель управления - Сетевые подключения - Свойства - Протокол интернета TCP/IP - Свойства DNS-ləri dəyişib belə yazın yoxlayın: 8.8.8.8 8.8.4.4