Eyni dosyanın müxtəlif brauzerlərdən endirilməsinin fərqi haqqında

Salam. Google Chrome vasitəsilə internetdən hər hansı bir dosyanı (şəkil, yazı, video və s.) endirib antivirusdan keçirərkən, antivirus Scanned files: 2, olaraq göstərir, eyni dosyanı İE vasitəsilə endirib, antivirusdan keçirərkən isə, antivirus Scanned files: 1, olaraq bildirir. Sizcə,antivirusun eyni dosyanın tərkibi haqqında belə fərqli rəqəm göstərməsinin səbəbi nədir?

Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

Jurnalist (2013-09-05 01:04:17)
İlginiz üçün təkrar təşəkkürlər, bəylər!

NModern (2013-08-07 12:01:52)
Chrome yükləyərkən .crdownload faylı yaradır. Fayl yüklənib qurtardıqdan sonra həmin faylın .crdownload genişlənməsini dəyişir və normal faylın genişlənməsini yazır. Ola bilər ki buna görə Sizin antivirus 2 fayl göstərir. İnternet Explorer isə birbaşa faylın öz genişlənməsi ilə yükləyir.

E. Hacı (2013-08-01 10:00:53)
Maraqlıdır. Bəlkə də hər hansı temporary file düşür Chrome Cache-a, antivirus onu da yoxlayır. Brauzerlərin iş prinsipində belə şeylər olur, ona görə mümkündür, cache fayl yaransın nəsə. Hır bir halda çox da vacib fərq deyil buş

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

SONY WALKMAN NWZ-B152 Antivirusnan təmizləmir

Esed Smart Security 8 Lisenziyalı açarı necə aktiv edim?

Formatdan sonra antivirusu bərpa etmək olar?

google chrome default brauzer etmək

Google Chrome

Google Chrome haqqında sual