İnternetdə problem, nida işarəsi yaranır

Salamlar. Menim yenə sizə sualım var. Məndə internet vayfaydı. ev telefonuna qoşulub. indi 5 dəqiqədən bir set işarəsi üstünə nida işarəsi gəlir. internet olmur. əvvəllər telefon zəng çalanda yaranırdı bu hal. indi tez-tez olur. səbəbini və nə etməli olduğumu bilmədim cavab gözləyirəm indidən təşəkkürlər.

Verilmiş cavablar və yazılan şərhlər (1 cavab var)

Heyder (2013-08-01 23:44:51)
Əgər nida işarəsi peyda olanda modemin üzərindəki ADSL və Internet işıqları da sönürsə problem sizin naqillərdədir...Splitter qurğusunu, evdəki naqilləri və evə gələn əsas telefon naqilini yoxlayın... Əks halda Wi-Fi driver-ini yoxlayın, mümkünsə təzələyin... Əgər bundan sonra da problem həll olunmazsa ola bilər ki, sizin əlaqədə IP konflit var... Bunu bərpa etmək üçün kompyuterinizi LAN naqili vasitəsilə Modemə birləşdirin, (Windows key)+R sıxın, açılan pəncərədə cmd yazın... Daha sonra isə açılan qara pəncərədə ipconfig /release yazın və enter düyməsini sıxın... Bir qədər gözləyin, sonra isə ipconfig /renew yazıb enteri sıxın... Gözləyin və təzə IP adres peyda olduqdan sonra pəncərəni bağlayın... Əsas etibarilə naqillər də problem olacağını düşünürəm...

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hər hansı bir saytın olub və yaxud olmamasını hardan öyrənmək olar ?

Online maşın oyunu

İnternet işləmir

Kompyuter hisselerini xaricden almaq ucun en ucuz saytlar

online alışveriş geri ödəmə sonrası məhsulun gəlməsi

Baktelekom simsiz internet