Almaniyadan alınan mala 36% rusum

Salam. Daim plastik kart vasitəsi ilə mallar alıram. Telefon, fotoaparat, və s. İndiyə qədər heç bir problem yaşamadım. Lakin son aldığım malı Poçt Daşıma Mərkəzində yerləşən Gömrük şöbəsi saxlayıb və adıma kiçik bir məktub yazıblar ki gəlin bağlamanızı gömrük rəsmiyyətindən keçirəsiniz. Əlaqə telefonu var idi və zəng vurdum. Qiyməti 200 dollardan yuxarı olduqda 36% rüsum ödəmək lazımdı. İndiye qeder bele şey yox idi. Bilmək istəyirəm indiyə qədər daha yüksək qiymətli mal gətizdirməyimə ramən rusum olmadığı halda (sadəcə poçta 1.20 AZN ödəyirdim) necə olur ki, indi belə rusum olur. Həm bu rusum poçt şöbəsində ödəmək mümkün deyil ki? Yəni bütün əhali hamısı bir bağalam üçün Bakı şəhərinə getməlidi? 

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

elnurdadashov86 (2013-08-02 23:41:42)
Deməli bundan sonra mal zakaz edəndən sora dua etmək lazımdı ki, diqqətlər yayınsın. Görməsinlər. )))) ya da belə bir şey .... Diqqətinizə və vaxt ayırdığınıza görə çox sağ olun... Deməli mənim anladığım budu ki, bir dəfə telefon alanda .. olar istifadəyə görədi .. ikinci dəfə alanda .. keçməy olar hardasa.... üçüncü dəfə alanda... AĞILLI OL DİYİLLER.. ))) cavab yazmasanızda... Daxilən hardasa haqq veririsiz mənə ... Əminəm... Cavablarınız üçün minnətdaram

E. Hacı (2013-08-02 23:09:36)
Hər bir halda saxlaya bilərlər 200ü aşanda. Saxlamadıqları hallara görə sevinmək lazımdır. Ola bilər çox da diqqət etmirlər çox hallarda. Dost tanışda da çox olub bu və ya o əksi olan hallar.

elnurdadashov86 (2013-08-02 22:46:00)
Aldığım mal iki ayrı-ayrı model telefondu. Lakin indiyə qədər aldığım mallar içində iki və üç eyni marka model mallar olub və bəzən 700 dollardan yüksək olub. Bu necə zövqə görə saxlaya və ya saxlamaya bilərlər?

E. Hacı (2013-08-02 22:09:37)
Salam. Bu qanun əvvəldən var və sizə doğruyu deyiblər. Sadəcə praktikada fakt belədir ki yarıdan çox hallarda mal tək bir ədəd alındıqda gömrükdə saxlanılmadan buraxılır. Saxlanılmalı olsa da. Amma bu o demək deyil ki saxlamaları haqsızdır. Qanuna görə 200$dan baha mala görə rüsum ödənməlidir.