Video kart

Salam. 4gb video kart azərbaycanda var? Mən eşitmişəm olmur. Birdə ki, mən noutbuk alanda dedilər video kartı 4gb-dır. Amma 1760 mb yazılır. Bu necə olur?

Verilmiş cavablar və yazılan şərhlər (8 cavab var)

Natiq-94 (2013-08-09 08:16:39)
Məndə Sonradan qalxırmış. Oyuna girəndən sonra dxdiag-da 3600+ mb göstərir video kartı

VendeTTA (2013-08-08 18:13:41)
Bunu əvvəldən yazmaq lazım idi. 1760 Intel HD Graphics yaddaşıdır. Əlavə videokartın göstəricisidir bu. 730M-i sistem görmür sizdə. Yəqin drayverlər düzgün yüklənməyib və ya heç yüklənməyib. İstənilən halda 730M yüksək tələbli oyunlar üçün çox zəif kartdır. 2013 istehsalıdır, amma 2011 istehsalı olan GTX 560 ondan qat qat güclüdür. 4 gb tələbi olan oyun ümumiyyətlə yoxdur. Ən ağır oyun sayılan Crysis 3 (maksimal qurğularda) 2gb tələb edir hazırda.

Natiq-94 (2013-08-08 17:44:21)
Video kart necə olmaya bilər? NVİDİA GEFORCE 730M-video kart.

VendeTTA (2013-08-07 23:12:59)
1. Bəli var. Məsələn, GT630 = 4GB. Amma GTX 560 1gb ondan 4 dəfə sürətlidir :)) Yəni bu GB-lar sizi aldatmasın. Boş şeydi. 2. Çox güman ki sizdə 4gb əməli yaddaşın həcmidir. 1760 isə ondan ayrılmış yaddaşdır. Videokart yoxdur sizdə. Modeli də yazsaz lap yaxşı olar. Dəqiq nəsə demək olar.

Natiq-94 (2013-08-07 17:03:19)
Necə olur? oyun oynuyanda qalxır?

Natiq-94 (2013-08-07 16:57:58)
Tutaq ki, düz göstərmir. Necə düzəldə bilərəm?

NModern (2013-08-07 13:35:20)
Ola biler video kartınızı up to 4 gb-dır. Yəni Video kart RAM-ın hesabına 4gb-ya qədər qalxır.

Azear (2013-08-07 12:59:11)
4 gb video kartda var 4 gb vide kartı olan kompyuterdə. Notbuka gəldikdəysə.Ya sizi aldadıblar yadaki kompyuter videokartın yaddaşını tam göstərmir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Ekran Kartı – Video Kart RX 480-470-.. Aliram

Uyğun video card

Ebaydan Video Kart Almaq

Kompüter hissələrinin maksimum göstəriciləri

gta 5 üçün video kart

Video kart haqqında