Play Station 2 üçün oriqinal disklər

Mən Play Station üçün bəzi disklər aldım. Amma bəziləri açmadı. Sonradan öyrəndim ki, onlar yəqin ki, oriqinal disklər olmayıb. Halbuki, açan oyunlar ilə açmayan oyunların qiyməti eyni idi. oriqinal diskləri haradan ala bilərəm? Həm də oriqinal diklər ilə oriqinal olmayan diskləri necə fərqləndirə bilərəm?

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

SH (2013-08-10 17:06:43)
Fərqi hər halından anlamaq olur və inandırım ki, çox fərqi var... PS3-də PlayStation Store Authentication deyilən bir vertifikasiya tətbiqi var ki, orijinal olmayan disklərin bəzilərini çox asanlıqla kilidləyir... İkinci sualınız, yəni fərqləndirmək üçün bir neçə variant deyəcəyəm... 1. (Ən əsası) Diskin ortasındakı dəliyin kənarındakı şəffaf hissəsində (Şəffaf olmayan hissədə də ola bilər...) PlayStation Copyright və ya Oyunun naşirinin Copyright yazılarını axtarın (Varsa orijinaldır)... 2. Diskin qutusunun üzərini yoxlayın... Keyfiyyətli bir material olmalıdır... 3.Diski kompyuterə taxıb ReadMe faylını oxuyun... Orijinal olanlarda oyunun naşirinə aid Saaziş Şərtləri və ya Copyright maarifləndirməsi olur... Ancaq orijinal olmayan disklərdə bundan fərqli olaraq ReadMe faylında oyunun kimin tərəfindən Hacklandığı bildirilir və ya onun saytı verilir...

lemark (2013-08-09 22:00:06)
onun dexli yoxdu orijinal ve ya geydirme. mende balaca ps2di. hemise kopirovat olunmus diskler almisam 1 manatlig. cumdaki 3 manatdig disklera aldanma. tek tek hallarda disk goturmeyib, onu da problemsiz deyisirler. uzu xalqlar dostlugu yarmarkasina baxanda sol terefden yuxari asfalt yol qalxire. 150 metr zad qalxirsan. uzu yuxari sola baxa baxa qalxanda goreceysen disk dukani var. yaninda da ona bitisik market. butun diskler 1 manatadi.