2 ci əməliyyat sisteminin qurulması

salam mənim sualım belədir komputerdə də hazırda vindovs xp ƏS yüklüdür.komputeri format eləmədən ikinci bir əməliyyat sistemi (vindovs7) yaza bilərəmmi? komputerə hər hansı bir mənfi təsiri ola bilər? cavablandıran hər kəsə əvvəlcədən minnətdarlığımı bildirirəm.

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

SH (2013-08-18 13:08:51)
Zahir, bu məsələ həmişə problemsiz ötüşə bilmir... Məsələn, bəzi linux distroları var ki, HDD-ni fərqli isifadə edir, Windowsdan çox fərqli (Fayl Sistemi NTFS deyil)... Bir nəfər ikinci əməliyyat sistemi olaraq həmin linux distrosunu (adını dəqiq bilmirəm) Windows ilə eyni lokal diskə qurmuşdu... Kompyuteri ikinci dəfə Linux kimi açmaq istəyəndə HDD yanıb... Çünki eyni diski iki ayrı fayl sistemi kimi istifadə etmək olmaz... Sadəcə istifadəçi-Ramilin verdiyi sualda əməliyyat sistemlərinin ikisi də Windows olduğuna görə mən bu faktları demədim...

Zahir (2013-08-18 03:50:31)
Mənim kompüterim məs 2 proqramla işləyir hələki bir problemi çıxmayıb

Ramil.mardaliyev (2013-08-17 18:32:21)
çox sağolun

SH (2013-08-17 18:19:44)
C diskinin yaddaşında ən azı 100 gb boş yer olmalıdır... Amma bu minimaldır... Nə qədər çox olsa bir o qədər çox sürətli kompyuterə sahib olacaqsınız... ***Cavablarım sizə kömək etdisə, cavablarımı bəyənin...

Ramil.mardaliyev (2013-08-17 11:42:39)
komputer acer aspire 5742g dir. göstrəriciləri: intel core i5-560M,nvida geforce 610M,2.3GB DDR3Memory,500 GB HDD, c diskinə yukləsəm hər hansı bir problem yaranar?

SH (2013-08-17 07:37:33)
Mənfi cəhət ilə hələ mən rastlaşmamışam, ancaq bilinən bəzi komplektasiyalar var ki, bu da qurulma prosesinin düzgün aparılmamasından və ya HDD-də yetərli yer olmamağından irəli gəlir...

SH (2013-08-17 07:31:40)
Buna multiboot deyilir...Adi qaydada qurulma prosesini gerçəkləşdirin, ancaq ikinci əməliyyat sisteminin qurulmasında diqqətli olun ki, format eləməyəsiz, yalnız install edin... Kompyuter açılanda Boot-da sizə iki seçim veriləcək, birini seçin və həmin əs-i açılacaq... Ikinci əs-ini qurarkən sizdən qurulma lokalizasiyası istəyəcək, orada Unused space olan bəndi seçin...