Nokia niyə android telefon istehsal etmir?

Salam dostlar.Bilən varsa xahiş edirəm ki yazsın.Nokia niyə android telefonu istehsal etmir.Bunun bir səbəbi var? Çox sağolun

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

s_mn (2013-08-28 22:20:37)
Təşəkkür edirəm, Elvin bəy! Mənim üçün də maraqlı idi...

macid (2013-08-28 13:05:16)
Çox sağ olun Elvin bəy.

Tarlan Umudov (2013-08-28 10:45:58)
Məlumat üçün təşəkkürlər

E. Hacı (2013-08-27 23:15:17)
Salam. Ilk əvvəllər əsas onu gətirmişdi ki, əgər biz də Androidə keçsək Androidin sahibi olan Google mobil dünyada tək hökmran olacaq və bizi idarə edəcək, bizsə buna yol verə bilmərik.(Həmin vaxtlar Nokia Apple kimi iddialı idi, aparat+app store+OS bütün ekosistemin şəxsi sahibi olmaq iddiasında idi, Symbian və ya Meego ilə) Ondan sonra artıq Android sürətlə böyüdü, Symbian batdı, Meego öldü, Nokia da batmaq üzrə olarkən Microsoft köməyə gəldi, külli miqdarda yardım etdi və əvəzində şərt qoydu ki, Androidə keçmə söhbəti olmasın. Və bununla da Nokia Microsoftun əsarəti altına düşdü. Hal hazırda da mənasız Windows Phone üzərində gözəl aparatlar buraxmaqda davam edir, amma ƏS özü gərəksiz olduğuna görə bazarda payı 1-2%-dən də azdır, bu isə Nokia üçün biabırçı göstəricidir, həm də üstəgəl lumia telefonları aparat olaraq rəqiblərindən geri qalmadığı vəziyyətdə. Bütün bu məsələlərdə Nokia-nın CEO-sı Elop-un da rolu danılmazdır. O bir keçmiş Microsoftçu olaraq Nokianı məmnuniyyətlə Microsoftun qucağına atdı.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Nokia 2730-a dil yükləmək

Android Huawei Ascend Y530 telefonunda zaryatkanın tez bitmәsi

Androiddə wi-fi

Nokia üçün Codec Pack kimi proqram lazımdır.

Android yaddaş yerlərini dəyişdirmək

Android telefonların yaxşıları