WordPresslə bağlı sual

Salam.

Mən serverde `site` qovluğu açaraq wp saytımı onun içində qurmuşam.İndi saytı o qovluqdan çıxartmaq istəyirəm və istirəm sayt adı birbaşa yazılsın.Yəni `site`qovluğuna yönlənməsin.Bunun üçün nələr etməliyəm?

Verilmiş cavablar və yazılan şərhlər (7 cavab var)

E. Hacı (2013-08-30 16:15:57)
Sql replace etmək üçün sql bilməniz lazımdır. Bilmirsizsə bir-bir edin phpmyadmin-dən. Əvvəlki halına qaytarmaq üçün backup deyilən bir şey var, öncə bütün bazan export edirsiz zip kimi, bazaya nəsə olsa, silirsiz hər şeyi və export olunmuş faylı phpmyadmin-dən import edirsiz vəssalam

Darky Pislick (2013-08-30 13:27:16)
Problem yaşansa köcürmə ilə bağlı yenidən əvvəlki halına qaytarmaq olacaq? Birdə ki ümumi sql replace`i anlamadım.Hardan edilir o?

E. Hacı (2013-08-30 13:22:59)
Optionsdan sorna saytı işlədin sonra yenə yoxlayın. Ne qalıbsa dəyişmək lazımdır. Bir bir yox ümumi sql replace ilə. Ama əgər saytın kodu peşəkardırsa o halda ilk yazdığım iki şeyin dəyişməsi hər şeyi həll edir.

Darky Pislick (2013-08-30 13:20:03)
WP-post tableinda demək olarki hər şey saytadi.com/site ilə başlayır.Bir bir onları edit edim yoxsa optionsda onu siləndən sonra burda da silinəcək?

E. Hacı (2013-08-30 13:15:59)
Theme in içində statik əllə yazılma urller varsa onlar. WP posts tableda sonuncu sütun var o

Darky Pislick (2013-08-30 13:13:57)
Çox sağolun.Başqa nələr dəyişilməlidir? Maraqlıdır sadəcə.

E. Hacı (2013-08-30 12:45:56)
Cut paste edib faylları. Sonra phpmyadmin ilə wp options cədvəlində iki yerdə saytın adı var tapın onu dəyişin vəssalam. Düzdür başqa bir iki şey də var amma önəmli deyillər

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Hansı CMS daha uyğun

WordPress-də Hazır Maxsimum Dəyişmək üçün Pluginlər?

WordPress Oyun temasında çətinlik.

Wp Saytımda yüngülvarı xaricə satış etmək istəyrəm

WordPress-də comment hissənin tərcüməsi

Localhosta sayt köçürmək