Nokia Lumia 925 bu telefonu almağa dəyər?

Salam dostlar.Nokia Lumia 925 modelini çox bəyənmişəm əsasda dizayn xoşuma gəlib.Sadəcə əməliyyat sistemi Windows Phone 8 olduğu üçün qərarsız qalmışam.Android olsaydı düşünmədən alardım.İndi bilmirəm o telefona 600 manat verməyə dəyər yoxsa yox.

Verilmiş cavablar və yazılan şərhlər (5 cavab var)

joker8km (2013-09-04 23:50:22)
Mənə lazım olan bütün məlumatları verdiz.Hər şeyə görə minnətdaram.

E. Hacı (2013-09-04 09:42:58)
Çıxar həm də necə. Ümumiyyətlə belə şeyə ümid edib qəti telefon almaq olmaz. Hardware olaraq Android üçün nəzərdə tutulmayıb deyə, custom ROM buraxan Communty-lər nə etsələr də normal bir nəticə hasil olmayacaq və siz yazsanız belə daim filan şey işləmir kompleksində olacaqsınız. Üstəlik bu qədər məbləğ ödədiyiniz halda. Gözəl Sony Xperia Z telefonları var, almaq olar, Galaxy S4 var, LG Optimus-ların son buraxılışları var, HTC One var və.s. Yəni əla smartfonlar çoxdur, nə gərək var bilərəkdən belə bir xəta etməyə

joker8km (2013-09-03 23:07:46)
Çox sağolun görsətdiyiniz köməklik üçün.Bircə mənə qaranlıq qalan telefonun əməliyyat sistemini dəyişdikdən sonra hansısa problemlər ortaya çıxmaz ki?

SH (2013-09-03 17:35:41)
Yuxarıda yazılanlarla tam razıyam... Amma effektiv bir yol deyəcəm... Siz o telefonu texniki təchizatına görə alın, sistem barəsində çıxış yolu var... Belə ki, Android Open Source olduğuna görə, siz bu telefonun əməliyyat sistemini dəyişib android edə bilərsiniz... Hal-hazırda Lumia 925 üçün custom ROM hazır deyil, ancaq qısa bir zamanda hazır olacağına əmin olmasam da içimdən bir səs "irəli XDA developers" deyir... Lumia 520 android işlədə bilir... Həmçinin 920-nin HTC One X modelinə yaxın olduğundan LumiaJustGotAndroid adlı developer tezliklə bir ROM hazırlayacağına söz verib... *** Cavabım sizə kömək etdisə, cavabımın üstündəki düyməsini sıxın. ***

E. Hacı (2013-09-03 10:19:22)
Dəyməz o pula. Sistem çox kasad və rəqiblərindən geri qalandır. Aparata isə söz ola bilməz, əladır.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

yüklədiklərim telefonun yaddaşina düşmür.

iPhone 5 yoxsa Nokia Lumia 920 ? (Məsləhət)

Galaxy Grand prime

Ubuntuya keçmək

Android oyun

Youtube video