Azərbaycandaxili kargo və qapıda ödənişi qəbul edən şirkətlər haqqında

Salam. Elektron ticarət saytı üzərindən satılan məhsulun Bakı və rayonlardakı müştərilərə göndərilməsini və həmçinin, məhsulu çatdıran kuryer vasitəsilə ödənişin qəbul edilməsini təmin etmək üçün Azərbaycanın əsas mərkəzi şəhərlərində ofisi olan, hansı etibarlı Kargo şirkətlərindən faydalana bilərik? Mövzu haqqında fikir və tövsiyələrinizi bilmək istərdim. Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (4 cavab var)

Jurnalist (2013-09-07 01:35:58)
Cavabınız üçün təkrar təşəkkürlər, Elvin bəy! Maraqlıdır, satılan məhsul qaytarıldığı və ya dəyişdirilməsi lazım olduğu təqdirdə bu proses necə tənzimlənir?...

E. Hacı (2013-09-05 15:53:18)
hesabli.com saytı bunu reallaşdırıb. Rayonlara çatdırılma eynən siz deyən kimidir. Ödəniş Azerpoçt kuryerinə edilir. Deməli mümkündür. Bu işlə məşğul olan şirkət müraciət etməlidir Azərpoçta

Jurnalist (2013-09-05 14:11:12)
Ödənişin qapıda qəbulu məsələsini də Azərpoçt və ya digər kuryer şirkətləri vasitəsilə etmək mümkündürmü? Yəni, müştəri aldığı məhsulun pulunu öz məkanında kuryerə ödəsin və müvafiq ödəniş qəbzini də kuryerdən alsın, Kuryer isə daha sönra satılan məhsulun pulunu satıcı tərəfə təqdim etsin...

E. Hacı (2013-09-05 07:30:00)
Azərpoçt. Başqa heç bir servis yoxdur bütün rayonlarda ofisi olsun. Məşhur şirkətlər isə ancaq Bakıdayacan gətirir. Gerisini ya çatdırmır deyir gəl apar, ya da Azərpoçta verir.

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Kargo xarici anbar unvani

Elektron siqaret(qəlyan) sifarişi

Kargo

Internetdən elektronika sifarişi

Aliexpress – Kargo

Kargo şirkəti açmaq?