İnternet mağazada satılan məhsulların qaytarılma şərtləri haqqında

Salam. İnternet mağazada satılan məhsulların qaytarılma şərtləri ilə adi mağazada satılan məhsulların qaytarılma şərtlərində hansı fərqlər var? Qanunla bu necə tənzimlənir? İnternet mağaza ümumiyyətlə satılan malların geri qaytarılmamasını şərt kimi irəli sürə bilərmi?(Məhsulda istehsal nöqsanı olmadıqda)  Mövzu haqqında fikirlərinizi bilmək istərdim. Cavabınız üçün öncədən təşəkkürlər!

Verilmiş cavablar və yazılan şərhlər (2 cavab var)

E. Hacı (2013-09-10 15:16:45)
İstənilən internet mağazanın öz Return Policy bölməsi olur. Tənzimləmə də ona görə olur təbii ki. O da ayrı məsələ ki, bu policy saytln hüquqi qeydiyyatda olduğu ölkənin müvafiq qanunları ilə səsləşməsi vacibdir.

Bextiyar Azeroglu (2013-09-08 02:05:12)
mən bildiyimə görə müştəri aldığı malı geri qaytara bilər. (səhv etmirəmsə 3gün). əgər istehsalçı nöqsanı yoxdursa onda maqazin malı neçə % ucuz dala götürür. (28də bir maqazindən telefon almışdım onlarda şərtdə yazılmışdı bu haqda əgər müştəri aldığı malı səbəbsiz geri qaytarırsa 30% qiymətdən tutulsun).

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Məhsulları tez çatdıran internet mağazalar ?

18+ online shop

İnternet mağaza üçün ödəniş sistemi necə qurulur?

Xaricdən ödəniş