Adsense EFT ödəmə.

Salam. Bildiyiniz kimi Azərbaycanda paypal vasitəsilə ödəmə almaq olmur. Bəs Adsense dən ödəmə almaq üçün çekdən başqa üsul var? Yəni hər hansı bir başqa ödəmə üsulu işləyir Azərbaycanda? Bank transferi ilə almaq mümkündür mü?

Verilmiş cavablar və yazılan şərhlər (3 cavab var)

E. Hacı (2013-09-09 13:45:19)
Yox. 70 qalacaq. 50 proses dövründə girov olur sadəcə. Dollar ilə isə 100$da 95 qalacaq. Euro komissiyası bahadır bizim banklarda. Müddət də ürəkaçan deyil. 1-2 aya verirlər pulu.

Nihad Abdullayev (2013-09-09 12:07:44)
Demək 100 euroluq bir çeki nağda çevirsəm, ondan mənə 20 euro qalacaq hə? O.o Ən yaxşısı xaricə getməkdi, bu ölkədə gələcək yoxdu..

E. Hacı (2013-09-08 21:19:47)
Yaralı mövzudur. Təəssüf ki yalnız çek mümkündür. EFT dəstəyini bizimçün təqdim etmir Google. Çek də get gedə lap sərfəsiz olur. Hazırda euro ilə bir çekə görə girov 50 euro, tutulan haqq isə 30 eurodur. Hələ bu mən bilən ən optimal olandır(Bank Standart). Məsələn Unibank hər çekə görə 100$ istəyir. Əvvəllər isə (5-6 il əvvəl) cəmi 5$ idi Unibankda bu

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Google Adsense mesajı

youtube pul qazanmaq

Hansı bankdan hesab açmaq məsləhətlidir

Qazancı yüksək olan iş

Adaense hesabımdan çıxan pul bana gəlmədi

Gürcüstanda bank hesabı açıb paypall istifadə etmək. (Aranızda edən varmı?)