iphone 5 android sistem

Salam bu modeli almağa dəyərmi? mənə maraqlı gələn xarakteristikasında yazılanların həqiqət olduğudur yoxsa yalandan yazıblar?

Verilmiş cavablar və yazılan şərhlər (11 cavab var)

E. Hacı (2013-10-26 00:25:04)
Birdəfəlik yadda saxlayın, original Iphone Android olmur. Apple şirkəti yalnız ios ilə smartfon buraxır. Yerdə qalan nə iPhone varsa hər biri istisnasız olaraq geydirmədir və saxta maldir

Ismayil Namazov (2013-10-25 22:48:46)
Salam O Linkdeki Telefonu Bilmirem Ama Bele Amdroidnen isleyen iphoneler var tam orginaldi onun orginal olub olmadigini ancaq apps store yukleyende bilmek olur android markete yonlenir ama tam eminlikle deye bilerem ki esil iphone 5den hec neyinnen ferqlenmir kamerasinda ela cekir her seyi full]almaqa deyer

E. Hacı (2013-09-10 13:21:43)
Hər məhsulun öz yerli və ya beynəlxalq standartları olur da. Çindəki geydirmə telefonlar 1. Qoruyucu filtr və.s. heç nələri olmur, sağlamlığa zərərli olurlar. 2. Rəsmi istehsal olmurlar, hansısa sexlərdə qanunsuz istehsal edilirlər. və.s. Çində rəsmi telefonlar da var qəşəng, Huawei, Lenovo, ZTE və.s. smartfonlar.

Bextiyar Azeroglu (2013-09-10 00:55:32)
imei.az saytında belə bir şey yazılıb. Xarici ölkələrdən gətirilən və gömrük prosedurundan keçən hər mobil cihaz qeydiyyata alınırmı? ---Əgər xarici ölkədən gətirilən mobil cihazın İMEİ nömrəsi standartlara uyğun deyilsə, həmin cihaz qeydiyyata alınmayacaqdır. bu standartlara uyğun olmayan deyəndə nəyi nəzərdə tuturlar görən.

Bextiyar Azeroglu (2013-09-10 00:51:27)
30-40AZN-lıq kitayski telefonları necə qeydiyyata salırlar bəs? məncə 1677ilə maraqlanmaq lazımdır.

E. Hacı (2013-09-09 16:09:14)
Bir neçə cəhd haqda eşitmişəm tanışlarda. Yoxlayıb deyirlər ki, bu telefonu qeydiyyata ala bilmərik, imei-i white list-də deyil. Hətta tam qanuni, sadəcə US daxili üçün istehsal edilmiş bir LG telefonunu da keçən gün almayıblar qeydiyyata. Ebay-da satılan bu cür adsız smartfonları isə heç almazlar. Yenə də özüm cəhd etməmişəm deyə qəti deyə bilmərəm, amma həm qanun bunu deyir, həm də tanışlardan eşitdiyim

NModern (2013-09-09 15:51:42)
qeydiyyatdan keçirmək olmaz ki?

E. Hacı (2013-09-09 09:16:31)
Geydirmədir və Azərbaycanda işləməmək ehtimalı 99%-dir. Rəsmi vendorlar tərəfindən olmayan telefonlar Azərbaycanda İMEİ-yə görə qara siyahıya düşür və bir neçə gündən sonra blok edilir

Bextiyar Azeroglu (2013-09-09 00:41:48)
qaqash beleki ele orginal iphone 5 in de kenarlarinin rengi gedir deyilene gore.

NModern (2013-09-08 23:53:19)
həqiqət olmağına həqiqətə oxşayır. Amma almağına dəyərmi məsləsinə gələndə, korpusun rənginin getməyəcəyinə əmin olsaydım mən alardım :)

Bextiyar Azeroglu (2013-09-08 01:57:50)
link budur

Mövzu üzrə bənzər suallara da baxa bilərsiniz.

Android telefona yüklənən mahnı itir

Proqram hazırlamaq üçün nələri bilmək lazımdır ?

Hotspot problemi…

Yeni Telefon

Root-un telefona nə kimi ziyanı var?

Mobil cihazların qeydiyyat sistemi fəaliyyətə başlayır?